Accessibility links

Trampın keçmiş siyasi müşaviri fırıldaqçılıq ittihamı ilə həbs olunub


Prezident Donald Trampın keçmiş siyasi müşaviri Stiv Bannon Nyu Yorkdakı federal prokurorlar tərəfindən fırıldaqçılıq törətməkdə ittahm edilib. Banon ABŞ və Meksika arasındakı sərhəd divarının qurulmasına dəstək vermək üçün pul yığma kampaniyası zamanı fırıldaqçılıq həyata keçirməkdə ittiham olunur.

Ədliyyə Nazirliyinin açıqlamasında bildirilir ki, "Bannon və digər üç nəfər "Biz divar qururuq" adlı onlayn kampaniya vasitəsi ilə yüzminlərlər donuru aldadaraq 25 milyon dollar toplamaq"- da ittiham olunur.

"Müttəhimlər dələduzluq edərək toplanan ianələrin həqiqi istifadəsi ilə əlaqədar yalnış vəlumat verib. İddiaya əsasən onlar nəinki donorları aldadıb, həmçinin qanuna və ya həqiqətə hörmətsizlik göstərərək ianələr vasiəti ilə toplanan pulu yuymaq və cinayətlərini ört-basdır etmək üçün pul vəsaitlərinin mənimsənilməsini gizlətmək niyyətində olublar" - deyə, işi apan prokuror Filiq Bartlett bildirib.

Təqsirləndirilən dördü də həbs olunub.

Amerikanın Səsi ittiham aktını şərh etmək üçün Bannonun vəkilinə müraciət edib, lakin cavab ala bilməyib.

XS
SM
MD
LG