Accessibility links

Trampın hesabat məruzəsi harada baş tutacaq?


Ağ Ev yanvarın 29-u axşam prezident Donald Trampın televiziya vasitəsi ilə yayımlanacaq hesabat məruzəsi çıxışı planlanının üzərində işləyir. Lakin çıxışın harada keçiriləcəyi məlum deyil.

Prezident Tramp illik hesabat məruzəsini Konqresdə edəcəyini səbirsizliklə gözlədiyini bildirib

"Hesabat məruzəsinin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq mövcud deyil. Mən sizin dəvətinizdən şərəf duyar, Amerika xalqı və Konqres qarşısında konstitusional borçumu yerinə yetirmiş olaram" - deyə, Tramp Nensi Pelosiyə ünvanlandığı məktubda bildirib.

Nümayəndələr Palatasının demokrat spikeri Nensi Pelosi Trampı gələn həftə Konqresin hər iki palatası qarşısında hesabat məruzəsi ilə çıxış etməməyə çağırıb.

Trampa məktubunda Nensi hökumətin qismən bağlanması səbəbindən təhlükəsizliyin təmin edilməməsi narahatlığını qeyd edib.

Tramp deyilənə görə çıxış üçün alternativ yerləri nəzərdən keçirir. Lakin Kapitolidə ənənəvi yer də variantlardan biri olaraq qalır.

Adı açıqlanmayan administrasiya rəsmisinin Kapitolidə çıxışa hazırlıqlar görmək üçün müraciət etdiyi bildirilir.

Prezident hər il Konqresə hesabat məruzəsi təqdim etməlidir. Lakin prezidentin Nümayəndələr Palatası ilə Senat qarşısında çıxışı tələb edilmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG