Accessibility links

Donald Tramp Şimali Koreyanın nüvə sınağı poliqonunun bərpasına münasibət bildirib


ABŞ prezidenti Donald Tramp deyib ki, Şimali Koreyanın raketlərin işəsalma meydançasının təmiri xəbəri doğru olsa, çox məyus olacaq.

Bir sıra mənbələr Şimali Koreyanın ötən il Sinqapurda Kim Conq Un və Donald Trampla keçirilən görüşdən sonra sökməyə başladığı raketlərin işəsalma meydançasının bərpa etdiyini bildirib.

Vaşinqtonda yerləşən “38 Nort” Şimali Koreya layihəsi fevralın 16-dan martın 2-dək peyk görüntülərinin şimal-şərqi Tonqçanqridə yerləşən obyektdə raketlərin işəsalma meydançasında yenidən tikildiyini göstərdiyini bildirib.

Peyk görüntüləri Şimali Koreyanın nüvə sınağı poliqonunu bərpa etdiyini göstərir. 2 Mart, 2019-cu il.
Peyk görüntüləri Şimali Koreyanın nüvə sınağı poliqonunu bərpa etdiyini göstərir. 2 Mart, 2019-cu il.

Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi də Şimali Koreyanın inşaat işlərini "sürətli şəkildə bərpa etdiyini" təsdiq edib.

"Bu, baş veribsə çox məyus olardım. Bu, çox erkən hesabatdır. Kim Conq Un buna qərar veribsə çox məyus olardım. Onun belə qərar verdiyinə inanmıram. Amma yenə də görək, izləyək görək nə baş verir. Bu əlbəttə ki, tamamilə həll olunacaq”, Donald Tramp deyib.

ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda zirvə görüşü, 28 fevral, 2019.
ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda zirvə görüşü, 28 fevral, 2019.

Bu açıqlamalar ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Conq-Un arasında Hanoyda nəticəsiz başa çatan ikinci zirvə görüşündən bir neçə gün sonraya təsadüf edib.

Danışıqlar Vaşinqtonun sanksiyaların qaldırılması müqabilində Pxenyan tərəfindən nüvəsizləşdirilmə ilə bağlı ciddi təəhhüdlər haqda israrlı tələbi səbəbilə gözlənilmədən sona çatıb.

XS
SM
MD
LG