Accessibility links

Donald Tramp 2019-cu ildə Şimali Koreya lideri ilə danışıqları davam etdirmək istəyir


ABŞ prezidenti Donald Tramp deyib ki, Kim Conq Unun ölkəsinə ünvanladığı çıxışında ABŞ-la 2018-ci ildə əldə edilən yaxşı münasibətlərin 2019-cu ildə davam etməyə biləcəyini deməsinə baxmayaraq Tramp Şimali Koreya lideri Kimlə görüşmək itəyir.

Şimali Koreya liderinin ABŞ iqtisadi sanksiyalar tətbiq etməyə davam edərsə, Pxenyanın nüvə danışıqlarında fərqli mövqe tuta biləcəyini deməsindən bir gün sonra Tramp özünün Tvitter hesabında Kimlə bir daha görüşmək barədə nikbinlik nümayiş etdirib.

“Mən ABŞ prezidenti ilə hər zaman danışıqlar aparmağa razıyam. Və mən beynəlxalq ictimayyətin qəbul edəcəyi nəticə üçün çalışacam. Lakin ABŞ bizim insanların səbrini sınağa çəksə, sanksiyalar tətbiq etsə və dünya qarşısında verdiyi vədi tutmadan bizə təzyiq göstərsə, bizim suverenliyimizi müdafiə etmək üçün və Koreya yarımadasında sülhə nail olmaq üçün yeni yollar axtarmaqdan başqa seçimimiz qalmır” – deyə, Kim Conq Un bildirib.

Özünün Yeni İl günü çıxışında Kim möhkəm iradə nümayiş etdirərərk Şimali Koreyanın bundan sonra nüvə silahı inkişaf etdiməyəcəyini, nüvə sınaqları keçirməyəcəyini və arsenalını istifadə və ya inkişaf etdirməyəcəyini vəd edib.
ABŞ-la Şimali Koreya arasında danışıqlar Sinqapurda keçirilən sammitdən sonra dayandırılıb.

XS
SM
MD
LG