Accessibility links

Donald Tramp: ABŞ Ortamənzilli Nüvə Silahları Müqaviləsindən çıxacaq


ABŞ prezidenti Rusiyanın Ortamənzilli Nüvə Silahları Müqaviləsinin şərtlərini pozduğuna görə ABŞ-ın müqavilədən çıxa biləcəyini deyib. Lakin Donald Tramp hansı şərtlərin pozulduğunu açıqlamayıb.

“Bu olduqca təhlükəli bir addım olar. Mən əminəm ki, bunu beynəlxalq ictimaiyyət ciddi qınaqla qarşılayacaq” - deyə, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov TASS xəbər agentliyinə bildirib.

ABŞ ilə Rusiyanın Avropa və Uzaq Şərqdəki müttəfiqlərini qorumağı hədəfləyən “Orta mənzilli nüvə silahları müqaviləsi” 1987-ci ildə Vaşinqtonda imzalanıb. Müqavilə Rusiya və ABŞ-ın ortamənzili 300-3400 mil məsafədən, qurudan atılan və idarə olunan raketləri almağı, istehsalını və sınağını qadağan edir.

“Rusiyanın Ortamənzilli Nüvə Silahları Müqaviləsinin şərtlərini pozur. Bu pozuntular illərdir davam edir. Biz onlara müqavilənin şərtlərini pozub, icazəsiz silah istehsalına yol verməyəcək. Biz müqaviləyə hörmət göstərdik, ancaq Rusiya təəssüf ki, belə etmədi. Bu səbəbdən müqaviləni ləğv edəcəyik, yəni anlaşmadan geri çəkiləcəyik” - deyə, Tramp Nevadada keçirilən yürüşdə bildirib.

Müqavilə ABŞın yeni silahları inkişaf etdirməsini yasaqlayır. Hazırda müqavilənin üzvü olmayan Çin Rusiya ilə nüvə silahı isthsalı əleyhinə razılıq əldə etsə, ABŞ silah istehsalına başlayacaq.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton ümumi təhlükəsizlik narahatlıqlarını müzakirə etmək üçün Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanda olacaq.

Səfərinin ilk dayancağı Rusiyada onun Ukrayna bğhranı, Rusiyanın ABŞ-da ara seçkilərə ehtimal edilən müdaxiləsi və Suriya müharibəsi kimi məsəsləri müzakirə edəcək.

XS
SM
MD
LG