Accessibility links

Tramp Venesuela böhranına dair çıxışı zamanı Quaydoya dəstəyini bildirəcək


Donald Tramp bu gün Venesuela böhranına dair çıxışı zamanı müvəqqəti prezident Xuan Quaydoya dəstəyini bildirəcək.

Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Mayamidə Florida Beynəlxalq Universitetində planlaşdırılan çıxışında “sosializmin təhlükələri”ndən söz açacaq.

Xuan Quaydonu dəstəkləyən Vaşinqton ordunu da ona arxa olmağa çağırıb, digər ölkələrin onu ölkənin qanuni lideri kimi tanıması üçün kampaniya aparıb.

Kanada, Aİ və bir sıra region ölkələri Quaydonu, Rusiya, Çin, Türkiyə, İran isə Maduronu dəstəkləyir.

Sosialist prezident Nicolas Maduro hakimiyyətini saxlamağa çalışır.

2013-cü ildə hakimiyyətə gəlmiş Maduro ötən ilin mayında ikinci müddətə prezident seçilib. Müxalifət seçkini boykot edib, seçkilərin pozuntularla keçdiyini bildirib.

Tramp bayram həftə sonunu Floridadadı Uest Palm Biçdəki özəl klubunda kecirib.

XS
SM
MD
LG