Accessibility links

“Pew Research”: Amerikanın imici Trampın hakimiyyəti altında pisləşib


ABŞ prezidenti Donald Tramp dünya liderlərinə etimad reytinqində sonuncu yeri tutub. “Pew Research” Mərkəzinin keçirdiyi rəy sorğusunda belə bir nəticə ortaya çıxıb. Sorğuda 25 ölkədən 26 min adam iştirak edib.

Siyahıda birinci yerdə Almaniya kansleri Angela Merkeldir, ona rəyi soruşulanların 52 faizi inanır. İkinci yerdə Fransa prezidenti Emmanuel Makron, üçüncü yerdə Çin lideri Si Cinpin gəlir. Rusiya prezidenti Vladimir Putin isə dördüncü yerdədir. Ona rəyi soruşulanların 30 faizi etibar edir, etimad göstərməyənlərsə 62 faizdir.

Tramp ən yüksək etimadsızlıq reytinqinə sahibdir - 70 faiz. Respondentlərin 27 faizi ABŞ prezidentinin qərarlarına etibar etdiklərini bildiriblər.

Trampın reytinqi ilə yanaşı, ABŞ-ın reytinqi də düşüb, sorğuda iştirak edənlər Vaşinqtonun xarici siyasətindən narazı qaldıqlarını, onun dünyadakı problemlərin həllinə az səy göstərdiyini söyləyiblər.

XS
SM
MD
LG