Accessibility links

Donald Tramp ilə Kim Conq Un arasında tarixi sammitə son hazırlıqlar görülür


Birləşmiş Ştatlar və Şimali Koreya nümayəndələri çərşənbə axşamı Sinqapurda prezident Donald Tramp ilə Şimali Koreya lideri Kim Conq Un arasında baş tutacaq tarixi sammitdən öncə son hazırlıqlar görmək üçün danışıqlar aparır.

Bazar ertəsi Sinqapurda yerləşən Ritz Carlton otelində işçi qrupunun görüşündə ABŞ nümayəndə heyətinə təcrübəli diplomat Sanq Kim, Şimali Koreyanın nümayəndə heyətinə isə baş nazir Ço Son-hui başçılıq edir.

Görüş ABŞ ilə Şimali Koreya arasında Şimali Koreyanın nüvə silahlarını tərk etmək tələbi ilə bağlı fikir ayrılıqlarını azaltmağa yönəlib.

Prezident Tramp bazar günü Sinqapura gəlmədən öncə görüş ilə bağlı nikbinliyini dilə gətirib, Air Force One-dan enəndən sonra müxbirlərə isə sammitlə bağlı “müsbət hisslərinin” olduğunu deyib.

Tramp çərşənbə axşamı keçiriləcək sammitlə bağlı “naməlum əraziyə” daxil olduğunu deyib.

XS
SM
MD
LG