Accessibility links

Donald Tramp Konqres liderləri ilə görüşür


ABŞ prezidenti Donald Tramp və Konqres liderləri cümə günü Ağ Evdə artıq üçüncü həftəsinə keçən hökümətin bağlanmasına son qoymaq üçün müzakirə aparır.

Görüş cümə axşamı demokratların başçılıq etdiyi Nümayəndələr Palatasının hökümətin açılmasına səs verdiyindən sonraya təsadüf edir.

Ancaq bu tədbirlərdən heç biri prezident Donald Trampın ABŞ-ın cənub sərhədində tikmək istədiyi divar üçün lazım olan 5 milyard dolları nəzərdə tutmur.

Respublikaçı senatorlardan biri Trampın höküməti bağlamaqla öz nüfuzunu artırmaq imkanını itirdiyini deyib.

Daha öncə Donald Tramp hökümətin bağlanmasına görə məsuliyyəti öz üzərinə götürəcəyini bildirsə də, indi hazırkı vəziyyətə görə demokratları günahlandırır.

Hal -hazırda artıq iki həftədir ki, 800 min federal işçi ya işə çıxmır, ya da ödənişsiz işləyir.

XS
SM
MD
LG