Accessibility links

Donald Tramp Londondadır


Gərginliklərin artdığı, daxili siyasi qarşıdurmalar və küçə etirazları dönəmində ABŞ prezidenti Londona səfər edib. Bu, Donald Trampın 18 aylıq vəzifə müddətində ilk Britaniya səfəridir.

Ölkəyə səfərindən əvvəl ABŞ dövlət başçısı Britaniyanı qaynar nöqtə adlandırmışdı.

Stansted hava limanından vertolyotla 15 dəqiqəlik səfərindən sonra Tramp birinci xanım Melania Trampla bərabər ABŞ-ın Britaniyadakı səfirliyinin iqamətganına yollanıb.

Orada prezidenti səfir, Nyu-York jets fitbol komansdasının həmsahibi Vudi Conson və səfirlik işçiləri Beatles qrupunun “We Can Work It Out” mahnısının sədaları altında salamlayıb.

Prezidentin səfəri Britanıyanın baş nazirinin istefası ilə yaranmış gərginlik vaxtına təsadüf edir.

İstefaya Boris Consonun kabinetlə ölkənin Avropa İttifaqından çıxmaq məsələsinə görə narazılığı yol açıb.

XS
SM
MD
LG