Accessibility links

Donald Tramp Meksika ilə sərhədə 15 min əsgər göndərir


Minlərlə immiqrantın cənub sərhədinə yaxınlaşdığı bir vaxt, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəyir.

Gələn həftə keçiriləcək ara seçkilərinə həsr olunmuş Floridadakı siyasi mitinqdə çıxış edən Tramp anadangəlmə vətəndaşlıq hüququnu aradan qaldırmaq təklifi üçün dəstək toplamağa çalışıb.

"Hətta bir neçə saniyə ərzində torpaqlarımızda olsalar belə, hər il minlərlə immiqrant uşağı bu absurd siyasət üzündən avtomatik vətəndaş olurlar və bütün güzəşt və imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilirlər,” Tramp deyib.

Hətta bir neçə saniyə ərzində torpaqlarımızda olsalar belə, hər il minlərlə immiqrant uşağı bu absurd siyasət üzündən avtomatik vətəndaş olurlar.

Tramp həmçinin Mərkəzi Amerikadan qaynaqlanan mühacir karvanının Birləşmiş Ştatlara gəlməsinin qarşısını almaq üçün Meksika sərhədinə 15 min hərbçi göndərəcəyini deyib.

Tramp immiqrantları qorxmaq lazım olan insanlar olaraq təsvir edib. Lakin miqrantların bir çoxu ABŞ-a zorakılıqdan qaçmaq və vətənlərində olmayan imkanları tapmaq ümidi ilə gəlmək istədiklərini deyirlər.

Prezident immiqrasiya mövzusunda sərt ritorikaya Respublikaçıların Konqresə nəzarəti Demokratlara itirmə ehtimalı ilə üzləşməsi səbəbindən əl atdığını inkar edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG