Accessibility links

Donald Tramp Meksika sərhədinə səfər edir


ABŞ dövlət başçısı Donald Tramp hökumətin qismən bağlanmasının 20-ci gününə keçdiyi bir vaxt sərhəd divarının maliyyələşdirilməsinə ictimai dəstəyi qazanmaq üçün Meksika ilə cənub sərhədinə yola düşür.

Demokratlar çərşənbə günü Ağ Evdə Trampla keçirilən toplantıda sərhəd divarına 5 milyard dollardan çox vəsait tələbini yenidən rədd edib. Bu isə prezidentin hökumətin bağlanmasına son qoyması qərarına mane olub.

Demokratlar divar üçün deyil, sərhəd təhlükəsizlik tədbirləri üçün yüksək texnologiyalı nəzarət sistemlərinə əlavə xərclərdən 1,3 milyard dollar təklif edib.

Baş nazir Mayk Pens demokratları danışıqlar aparmaq istəməməkdə günahlandıraraq, prezidentin cənub sərhədindəki böhranı aradan qaldırmaq üçün möhkəm duracağını bildirib.

Trampın Konqresin təsdiqi olmadan divarın maliyyələşdirilməsi üçün cənub sərhədində fövqəladə vəziyyət elan etmək istədiyi bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG