Accessibility links

Donald Tramp Misirə dəstəyini vəd edib [Video]


Donald Tramp Misirə dəstəyini vəd edib
please wait

No media source currently available

0:00 0:02:28 0:00

ABŞ prezidenti Donald Tramp Misirin terroru və zorakı ekstremist qruplarını məğlub etmək səylərinə dəstəyini vəd edib. Bazar ertəsi Ağ Evdə Misir prezidenti Əbdel Fəttah Əl-Sissi ilə görüşü zamanı Tramp terror təhlükəsinin qarşısını almaq üçün ABŞ müdafiə xərclərini artırmaq planlarından da söz açıb.

Biz ordumuzu ən yüksək nöqtəyə gətirəcəyik. Fikrimcə, bizim buna hər zamankindən daha çox ehtiyacımız var. Və cənab prezident, Sizə bildirmək istəyirəm ki, Birləşmiş Ştatlar və şəxsən mən sizin dostunuzuq.
Donald Tramp

Tramp “çox çətin şəraitdə yaxşı işlər görduyünə” görə misirli həmkarını alqışlayıb və Birləşmiş Ştatların Misiri terrora qarşı mübarizədə hərbi dəstəklə təmin edəcəyini deyib.

“Biz ordumuzu ən yüksək nöqtəyə gətirəcəyik. Fikrimcə, bizim buna hər zamankindən daha çox ehtiyacımız var. Və cənab prezident, Sizə bildirmək istəyirəm ki, Birləşmiş Ştatlar və şəxsən mən sizin dostunuzuq”, deyə Donald Tramp bildirir.

Misir prezidenti Trampın terrora qarşı sərt mövqeyinin onu heyran etdiyini deyib və bu mübarizədə ABŞ-la əməkdaşlıq edəcəyinə söz verib.

“”Terrora qarşı mübarizə ilə bağlı effektiv strategiya müəyyən etmək üçün Misir və mən sizi arxanızda olacağıq”, Əl-Sissi deyib.

Ağ Evdə keçirilən səmimi görüş Obama administrasiyası zamanı soyuyan münasibətlərin yenidən bərpa olunduğuna işarədir.

Amma Yaxın Şərq üzrə ekspert Pol Salemin sözlərinə görə, dəyişən münasibətlərin mahiyyəti deyil, yeni administrasiyanın tonudur.

Donald Tramp və Əbdel Fəttah Əl-Sissi
Donald Tramp və Əbdel Fəttah Əl-Sissi

Pol Salem: “Unutmayın ki, Obama administrasiyası zamanı da münasibətlər davam edirdi. Buna hərbi yardım, kəşfiyyat sahəsində əməkdaşlıq, iqtisadi yardım və diplomatik əməkdaşlıq daxildir”.

Skayp vasitəsilə Amerikanın Səsinə müsahibə verən Pol Salem həmçinin qeyd edib ki, Tramp bu görüşdən öz siyasi gündəmini irəli çəkmək üçün istifadə edib.

“Misir nəhəng Ərəb ölkəsidir. İsraillə münasibətlərin saxlanılması və Yaxın Şərqdəki sülh prosesi üçün Misirin rolu çox vacibdir. Bundan əlavə Misir ABŞ-ın Suriya və Liviyada yürütdüyü regional diplomatiya və siyasət, habelə İŞİD-ə qarşı mübarizə üçün də mühüm tərəfdaşdır. Yəni bu görüşün bir çox səbəbi var idi. Tramp və onun administrasiyası da mümkün qədər çox dost qazanmağa çalışır”, o bildirir.

Tramp administrasiyası Amerika maraqlarını öndə tutan xarici siyasət yürüdür. Yəni o, əvvəllər olduğu kimi, vəzifədə qalmaq üçün müttəfiqini və ya başqa ölkə prezidentini dəstəkləməyəcək.
Əl-Sədavi

Lakin misirli təhlilçi ABŞ-Misir münasibətlərinin dəyişəcəyini təxmin edir.

“Tramp administrasiyası Amerika maraqlarını öndə tutan xarici siyasət yürüdür. Yəni o, əvvəllər olduğu kimi, vəzifədə qalmaq üçün müttəfiqini və ya başqa ölkə prezidentini dəstəkləməyəcək”, deyə Əl-Sədavi bildirir.

Əl-Sədavi deyir ki, bundan əlavə ABŞ-ın İsraildəki səfrliyini Tel-Əvivdən Qüdsə köçürmək planı da Misir prezidentinin regiondakı nüfuzunu sarsıdacaq.

XS
SM
MD
LG