Norveçin iki deputatı ABŞ prezidenti Donald Trampın Nobel mükafatına layiq görülməsini təklif edib.
İnkiafş partiyasından Xristian Tibrinq və Per-Villi Amundsen bildirib ki, ABŞ prezidenti silahsızlaşma sahəsində böyük addım ataraq Koreyalar arasında barışıq və sülhü təmin edib.
Daha əvvəl bu təkliflə bir qrup ABŞ qanunvericisi çıxış etmişdi. Təkliflər Norveçdə nəzərdən keçirildikdən sonra mükafatlar təltif edilir. Namizədlər Nobel komitəsində fevral ayının 1-dək təqdim edilməlidir.