Accessibility links

Donald Tramp Puerto Riko qasırğasında ölənlərin sayını qəbul etmir


FILE - A child shines a light on hundreds of shoes at a memorial for those killed by Hurricane Maria, in front of the Puerto Rico Capitol in San Juan., June 1, 2018.
FILE - A child shines a light on hundreds of shoes at a memorial for those killed by Hurricane Maria, in front of the Puerto Rico Capitol in San Juan., June 1, 2018.

ABŞ prezidenti Donald Tramp ötən il Maria qasırğasının Puerto Rikoda 3 minə yaxın insan həyatına son qoyduğuna dair məlimatı rədd edib. Prezident heç bir dəlil göstərmədən demokratların hesabatının onu pis göstərmək mahiyyəti daşıdığını bildirib.

​George Washington Universitetinin ötən ay yaydığı hesabatda deyilir ki, Puerto Rikoda çoxsaylı insan ötən ilin sentyabr ayı qasırğası zamanı həyatını itirib. İlkin göstəricilər 64 təşkil edirdi.

Hesabatda insanların bəzilərinin Karib adasında elektrik xətlərinin kəsilməsi və lazımi müalicə göstərilməməsi üzündən öldüyü qeyd edilir.

Amerikanın cənub-şərq ştatlarının yaxınlaşmaqda olan Florens qasırğasının təhlükəsi altında olduğu bir vaxt Tramp dəfələrlə hökumətin Maria qasırğasından sonra adadakı fəaliyyətlərini nəzərdən keçirib.

Elektrik xətləri aylarla kəsili qalan Puerto Rikoda hələ də qasırğanın fəsadları aradan qaldırılmayıb.

Tramp və Rikardo Rossello
Tramp və Rikardo Rossello

Tramp Twitter hesabında hökumətin yardım əməliyyatlarını mükəmməl adlandırıb.

Lakin San Huan meri Karmen Yulin Kruz CNN-ə prezidentin sözlərinin yaraya düz tökülməsi kimi qiymətləndirdiyini bildirib. O deyib ki, Tramp onu pis qələmə verən əməllərinə dair heç bir peşmançılıq hissi keçirmir.

Puerto Riko qubernatoru Rikardo Rossello isə indi qınaq vaxtı olmadığını deyərək, 3 milyon əhalisi olan adada həyatların normallaşdırılmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG