Accessibility links

Donald Tramp Robert Müllerə qarşı ritorikasını sərtləşdirir [Video]


Donald Tramp Robert Müllerə qarşı ritorikasını sərtləşdirir
please wait

No media source currently available

0:00 0:02:08 0:00

ABŞ prezidenti Donald Tramp xüsusi prokuror Robert Müllerin Rusiya istintaqını Amerika xalqının gözündə etibardan salmaq kampaniyasının şiddətləndirib. Müller Trampın hücumlarına cavab verməyib. O, Rusiyanın seçkiyə müdaxiləsi, Trampın yaxın çevrəsinin fəaliyyəti, eləcə də prezidentin ədaləti əngəlləyib-əngəlləmədiyi ilə bağlı hərtərəfli hesabat hazırlayır.

Hökümətin rəqib partiyanın namizədini izləməsi yanlışdır. Bu, Uotergeyt qalmaqalına bənzəyir. Ona görə də, bu istintaq saxtadır.
Rudi Culiani

Bir ildən artıq bir müddətdir ki, prezident Tramp Rusiya istintaqını “ifritə ovu” adlandırır. Çərşənbə axşamı isə o, Robert Müllerin komandasını noyabrda keçiriləcək ara seçkilərə müdaxilə edəcəyini iddia edib və FBI-ı yenidən siyasi məqsədlə onun 2016-cı il seçki kampaniyasını izləməkdə ittiham edib.

“İnana bilirsiniz? Onlar bizim kampniyamıza casus sızdırıb,” Tramp deyib.

Trampın hüquqi komandası FBI-ın həmin vaxt Demokrat administrasiyanın rəhbərliyi altında işlədiyini vurğulayır.

“Hökümətin rəqib partiyanın namizədini izləməsi yanlışdır. Bu, Uotergeyt qalmaqalına bənzəyir. Ona görə də, bu istintaq saxtadır,” deyə Trampın vəkili Rudi Culiani bildirib.

Lakin hər iki siyasi partiyadan qanunvericilər FBI-ı müdafiə edir və idarənin Rusiya ilə Trampın kampaniyası arasındakı əlaqələri araşdıraraq doğru addım atdığını deyir.

Rober Müller
Rober Müller

“Casus fərziyyəsini dəstəkləyəcək heç bir sübut yoxdur. Bu sadəcə prezidentin irəli sürüb, təkrarlamaq istədiyi propaqandadır,” demokrat nümayədə Adam Şiff söyləyir.

Bütün bu mübahisələrə baxmayaraq Rober Müller səssizliyini qoruyub saxlayır.

“Xüsusi prokuror bütün deyilənləri qulaq ardına vurmaq və istintaqını davam etdirmək məcburiyyətindədir,” Mayami Universitetindən Deyvid Abraham deyir.

Hüquq professoru Deyvid Abrahamın sözlərinə görə, Trampın vəkillərinin bəsit bir strategiyası var. O da istintaqa kölgə salmaqdır.

Xüsusi prokuror bütün deyilənləri qulaq ardına vurmaq və istintaqını davam etdirmək məcburiyyətindədir.
Deyvid Abraham

“Administrasiyanın keçmiş mer Culianinin rəhbərliyi altındakı strategiyası suyu bulandırmaq, hər şeyi o dərəcədə qarışıq və mürəkəəb hala gətirməkdir ki, amerikalılar “heç kəs Rusiyanın təsirinə dair həqiqəti bilmir,” desinlər.

Müllerin Konqresin hər iki palatasına hansı partiyanın nəzarət edəcəyini müəyyənləşdirəcək noyabr seçkilərindən dərhal öncə diqqəti yayındırmamaq məqsədilə istintaqı iyul və ya avqust ayında yekunlaşdıracağı gözlənilir. Bu arada isə Vaşinqtonda Müllerin istintaqının nəticələri və təsirləri, habelə Ağ Evin istintaq nəticələrinə cavabı ilə bağlı müxtəlif spekusiyalar dolaşır.

XS
SM
MD
LG