Accessibility links

Donald Tramp Sinqapurdadır


Prezident Tramp Şimali Koreya lideri ilə görüşmək üçün artıq Sinqapurdadır. Tramp liderlərin sammitinin qeyri-müəyyən yerdə keçiriləcəyini bildirib.

Donald Tramp Şimali Koreya lideri Kim Conq Un ilə keçiriləcək görüşlə “aydın məqsədi” olduğunu desə də, potensial irəliləyiş olub-olmayacağını görüş zamanı bilinəcəyi etiraf edib.

Çərşənbə axşamı Sinqapurda keçiriləcək görüşü Kim üçün “yeganə imkan” kimi təsvir edən Tramp əlavə edib ki, Kanadada keçirilən Böyük Yeddilik sammitini “sülh missiyası” ilə tərk edib.

Müxbirlərin qarşısında çıxış edən prezident, indiyədək hər şeyin qaydasında olduğunu və “naməlum əraziyə” səmimi niyyətlərlə getdyini deyib. Tramp nəticənin yaxşı olacağına inandığını bildirib.

Danışıqlar aparmaq bacarığına malik olduğunu qürurla ifadə edən Tramp deyib ki, o, Kimlə görüşün ilk dəqiqələrindən Şimali Koreya liderinin nüvə danışıqları ilə bağlı ciddi niyyətə sahib olub-olmadığını biləcək.

Qarşıdan gələn görüş vəzifə başında olan ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında tarixdə ilk dəfə keçiriləcək.

Tramp görüşün presidentsiz olduğunu bildirərək əlavə edib ki, Kimin öz ölkəsi üçün yaxşılıq istədiyi qənaətindədir.

ABŞ prezidenti həm də sammitin keçirilməsi hazırlıqları zamanı gördükləri işə görə Şimali koreyalıları alqışlayıb.

Tramp Sinqapur görüşündə Şimali Koreya liderini nüvə arsenalından və ballistik raketlərdən imtina etməyə inandıra biləcəyinə ümid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Sudanın Baş naziri ilə danışıb
please wait

No media source currently available

0:00 0:12:27 0:00

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG