Accessibility links

Donald Tramp tam bəraət qazandığını deyir


Xüsusi təhqiqiatçı Robert Müllerin Rusiyanın 2016-cı il ABŞ seçkilərinə müdaxiləsinə dair hesabatında prezident Donald Tramp tam bəraət qazanmasa da, o özü bunu 'tam bəraət' adlandırıb.

Heç bir prezidentin başına belə bir hoqqa gəlməməlidir.

“Bu gün özümü yaxşı hiss edirəm. Nə müdaxilə, nə də ədalətə əngəl,” deyə prezident hesabatın tam versiyasının açıqlanmasından sonra bildirib.

Müllerin hesabatında Trampın heç bir cinayətə əl atmadığı deyilsə də, ona tam bəraət verilmir. ABŞ dövlət başçısı deyib ki, 'heç bir prezidentin başına belə bir hoqqa gəlməməlidir.'

Prezidentin vəkilləri Rudi Culiani, Cey Sekulou, Ceyn Rastin və Martin Rastin bəyanatla çıxış edərək təhqiqatın nəticələrini Trampın 'böyük qələbəsi' adlandırıb.

Onlar Federal Təhqiqat Bürosunun direktoru Ceyms Komini vəzifəsindən kənarlaşdırarkən Trampın heç bir yanlışlığa yol vermədiyini deyib.

Müllerin hesabatında Trampın Komini vəzifəsindən onun Konqres qarşısında Trampın istintaq altında olmamasını deməməsingə görə çıxardığı və Konqresin Trampın ədalətə əngəl törətdiyinə qərar verməli olduğu qəanətinə gəlinib.

ABŞ baş prokuroru Uilliam Barr deyib ki, xüsusi prokuror Robert Müllerin təhqiqatı Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləyə cəhd etdiyini təsdiqləyib.

Prezidenti təhqiqatçılar sorğulamayıblar. Əvəzində prezident suallara təhqiqatçıların 'qeyri-adekvat' adlandırdığı yazılı qaydada cavablar verib.

Lakin hesabatın redaktə edilmiş variantının Konqresə təqdimatından əvvəl aprelin 18-də Barr bunu da deyib ki, təhqiqat prezident Donald Trampın və ya onun kampaniya üzvlərinin Rusiyanın bu cəhdi ilə sövdələməsinin olduğunu təsdiq etməyib.

Hesabatın redaktə edilmiş versiyası Konqres üzvlərinə yalnız Barrın bu bəyanatlarından sonra verilib. Eyni zamanda bu sənəd həm də xüsusi prokurorun internet saytında ictimaiyyət üçün dərc olunub.

XS
SM
MD
LG