Accessibility links

Donald Tramp vəkillərindən siyahıalmanın yubadılmasını istəyib


ABŞ prezidenti Donald Tramp vəkillərindən aprelin 1-də baş tutacaq ölkə üzrə siyahıyaalmanı gecikdirməyi istəyib. Bu istək Ali Məhkəmə tərəfindən Tramp administrasiyanın ölkədəki sənədsiz insanların sayını müəyyən etmək məqsədilə 2020-ci ildə aparılacaq siyahıyaalma sorğusuna vətəndaşlıq sualını daxil etmək təklifini rədd etməsindən sonraya təsadüf edib.

Donald Tramp yazdığı tvitində bildirib ki, hökümətin 2020-ci il üçün ətraflı və vacib siyahıyalmada vətəndaşlıq sualını soruşa bilməməsi gülünc görünür.

Əhalinin siyahıyaalınması hər on ildən bir həyata keçirilir və ABŞ Nümayəndələr Palatasındakı yerlərin sayını müəyyən etmək, habelə 800 milyard dollar dəyərində federal pulların bölüşdürülməsi üçün istifadə olunur.

Vətəndaşlıq sualının əleyhdarları deyir ki, administrasiyanın planı immiqrantları siyahıyaalmada iştirak etməkdən yayındırmaqdır. Bu isə icmaları siyasi baxımdan müvafiq şəkildə təmsil olunmaqdan və təhsil, infrasktruktur və ictimai xidmətlər üçün ayrılan federal yardımdan məhrum edə bilər.



Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG