Accessibility links

Donald Tramp Yaponiya səfərini sona çatdırıb


ABŞ prezidenti Donald Tramp Yaponiyaya etdiyi 4 günlük səfərinin sonunda Çinin güclənməsini nəzərə alaraq iki ölkə arasındakı hərbi əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb.

Hər iki lider Çinin adını birbaşa çəkməsələr də, onların Pekinin Sakit Okeandakı hərbi mövqeyi ilə bağlı narahatlıqları aydın görünürdü.

Yaponiyanın baş naziri Şinzo Abe ABŞ istehsalı F-35 qırıcı təyyarələrini daşıyabilən Yaponiya vertolyot daşıyıcısı JS Kaga-nın göyərtəsində Donald Trampı qonaq edib.

Daha sonra Tramp USS Vassp-dakı ABŞ dənizçilərinə müraciət edərək, hər biri təxminən 100 milyon dollara başa gələn 105 əlavə F-35 Lightning II jetinin satışı haqqında danışıb. Prezident bildirib ki, bu təyyarələr "ölkələrimizə qarşı bölgədəki bir sıra təhdidlərdən müdafiə edəcək."

Donald Tramp çərşənbə axşamı Vaşinqtona qayıdacaq.

XS
SM
MD
LG