Accessibility links

Donald Tramp yeni İnkişaf Yardımı Agentliyi Yaradıb


Donald Tramp yeni İnkişaf Yardımı Agentliyi Yaradıb
please wait

No media source currently available

0:00 0:02:00 0:00

Prezident Tramp yeni xarici investisiya idarəsinin yaradılmasına dair qanun imzalayıb. Bu yeni qanun inkişaf etməkdə olan ölkələrə infrastruktur layihələri üçün 60 milyard dollarlıq özəl kreditləri asanlaşdırmaq məqsədi daşıyır. Bəziləri bunu seçki kampaniyasını beynəlxalq yardımı kəsməyi nəzərdə tutan Amerika Birinci strategiyasına əsaslayan prezidentin mövqeyini dəyişməsi olaraq görür. Lakin bu addım Çinin Afrika, Asiya və Latın Amerikasında artan nüfuzun qarşısını almaq məqsədi daşıyır.

Tramp administrasiyasından yüksək rütbəli insanlar Asiyaya və dünyanın digər hissələrinə səfər edəndə Çinin bizim payımızı ələ keçirdiyini gördülər və hərəkətə keçməli olduqlarını anladılar.
Daniel Rand

Efiopiyanın Əddis Əbəbə şəhərindən kənarda yerləşən Furi-Lebu stansiyası Səhraaltı Afrikadakı ilk müasir yüngül-relsli dəmir yolu xəttinin əsas dayanacağıdır. Bu dayanacaq dənizə çıxışı olmayan Efiopiyanı Ədən körfəzi və Qırmızı Dənizin əsas limanları ilə birləşdirir.

Nəhəng infrastruktur layihəsini Çin maliyyələşdirib.

“Tramp administrasiyasından yüksək rütbəli insanlar Asiyaya və dünyanın digər hissələrinə səfər edəndə Çinin bizim payımızı ələ keçirdiyini gördülər və hərəkətə keçməli olduqlarını anladılar” – deyə, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Daniel Rand bildirir.

Və onlar hərəkətə keçdi.

Ötən ay Tramp administrasiyası hər iki partiyanın dəstəklədiyi BUILD Aktı adlı qanuna əsaslanaraq, səssizcə ABŞ Beynəlxalq İnkişafın Maliyyəsi Korporasiyası (IDFC) adlanan yeni inkişaf yardımı idarəsi təsis edib.

Bu addım Vaşinqtonun dünya ilə əlaqələrini dəyişmək planının bir hissəsi olaraq xarici yardımı dayandırmaq istəyən prezident üçün böyük dəyişiklikdir.

“Biz qlobalizm ideologiyasını rədd edirik” – Donald Tramp söyləyib.

Yeni idarə Xarici Özəl İnvestisiya Korporasiyasını (OPIC) əvəzləyəcək və daha böyük səlahiyyətlərə və maliyyəyə asahib olacaq. Tramp və bəzi respublikaçılar daha öncə OPIC-ə son qoymaq istəyirdi, çünki onlar inkişaf etməkdə olan ölkələrdə biznes aparmaq istəyən şirkətlərin kredit almalarını asanlaşdıraraq hökümət resurslarının doğru şəkildə istifadə olunmadığını düşünürdü.

Bir Kəmər Bir Yol layihəsinin xəritəsi
Bir Kəmər Bir Yol layihəsinin xəritəsi

Lakin onlar “Bir Kəmər Bir Yol” layihəsi, yəni Çinin dünya boyu infrastruktur layihələrinə trilyonlarla dollar sərmaye qoyması ilə üzləşdilər.

Bu layihə Pekinin geo-siyasi mövqeyini gücləndirib, lakin sərmayeni alan ölkələr bəzi problemlərlə üzləşir.

“Çin beynəlxalq maliyyə sektorunun narkobaronuna çevrilib. Hazırda qlobal səhnədə artıq kreditlərin davamlılığı barədə daha çox müzakirə aparılır, çünki onlar şəffaf və ya beynəlxalq normalara uyğun olmayan şərtlər altında rahat kredit verir”, Rand söyləyir.

Pekin kreditlərinin inkişaf etməkdə olan ölkələr üçün borc tələsi yaratdığına dair ittihamları rədd edir.

Təhlilçilər deyir ki, yeni idarə 60 milyard dollarla Çinin dünya boyu investisiyalarına qarşı mübarizə apara bilməyəcək, lakin idarənin təsir əhatəsi digər beynəlxalq kredit təşkilatlarının əməkdaşlığı ilə arta bilər.

XS
SM
MD
LG