Accessibility links

Donald Trampın oğlu Senat qarşısında ifadə verəcək


ABŞ prezidentinin böyük oğlu, keçmiş kampaniya meneceri Pol Manafort, eləcə də müşaviri və kürəkəni olan Cared Kuşner gələn həftə Konqresdə ötən il rusiyalı vəkillə keçirdikləri görüşlə bağlı ifadə verəcək.

Görüşdən önvə vasitəçi emaildə oğul Trampa vəkilin sabiq dövlət katibi və prezidentliyə demokrat namizəd Hillari Klintona xələl gətricək məlumata sahib olduğunu deyib.

Bu yaxınlarda oğul Donald Tramp görüş zaman heç bir məlumat əldə etmədiyini bildirib. Rusiyalı vəkil isə görüşlə bağlı ABŞ qanunvericilərinin suallarını cavablandırmağa hazır olduğunu deyib.

“Əgər Senat həqiqəti eşitmək istəyirsə, mən böyük məmnuniyyətlə onlara cənab Trampa söylədiyim və ötən il Konqres qarşısında söyləmək istədiklərimi danışaram. Rusiyaya milyonlarla dollar pulun necə gəldiyini və milyardların necə geri döndüyünü anlataram, həm də heç bir vergi ödənilmədən. Amma bu pulların kimə getdiyinə dair sualları mənə yönəltməyin, bunun üçün Birləşmiş Ştatların sisteminə nəzər salın”, deyə Nataliya Veselnitskaya bildirib.

Oğul Trampın vəkillə görüşü ilə bağlı təhqiqat ABŞ kəşfiyyatının Rusiya prezidenti Vladimir Putinin ötən il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı şəxsən göstəriş verdiyinə dair nəticə çıxarmasından sonra aparılan bir sıra istintaqlardan biridir.

Məsələ ilə bağlı istintaqa xüsusi prokuror başçılıq edir. Trampın kampaniyası ilə Rusiya arasındakı əlaqə ilə yanaşı, Trampın bu ilin əvvəli FBI-ın direktoru Ceyms Komini işdən çıxarmaqla ədaləti əngəlləyib-əngəlləmədiyi araşdırılır. Komi vəzifədən çıxarılmadan öncə, FBI-ın Rusiya ilə bağlı apardığı təhqiqata başçılıq edirdi.

XS
SM
MD
LG