Accessibility links

Donald Tramp Portland şəhərinin meri ilə şəhərdəki zorakılıqlar barədə mübahisə edir


Oreqon ştatının Portland şəhərinin küçələrində bazar günü "Qaraların Həyatı Mühümdür" nümayişçiləri və Tramp tərəfdarları arasında qarşıdurma zamanı bir nəfərin öldürülməsindən 24 saatdan az vaxt keçdikdən sonra ABŞ prezidenti Donald Trampla şəhərin meri arasında mübahisə olub.

Bazar günü günortadan sonra təşkil edilən mətbuat konfransında Portland şəhərinin meri Ted Viler şənbə günü gecə atışma zamanı baş verən ölüm hadisəsindən sonra etirazçıları zorakılığa yol verməməyə və ya qisas almağa cəhd göstərməməyə çağırıb.

Belə görünür merin çıxışını media vasitəsinlə izləyən prezident tənqidlərini Twitter vasitəsilə edib..

Tramp Twitter səhifəsində Demokrat Vileri "səfeh" adlandırıb və liberal şəhərdə "böyük ölüm və dağıntı"da günahlandırıb. Bundan qəzəblənən Viler isə televiziya kanalları vasitəsi ilə Trampa cavab verərək, onun şərhlərini "klassik Trump" adlandırıb.

"Siz bizi müasir tarixdəki digər fiqurlardan daha çox ayırmağa çalışdınız və indi məni sizin yaratdığınız zorakılığı dayandırmağımı istəyirsiniz. Amerikaya sizi dayandırmaq lazımdır ki, biz bir Amerika olaraq yenidən bir araya gələk" - deyə, Viler bildirib.

Şəhərin meri çıxışını Trampın seksist və qadınlara qarşı olan şərhlərindən tutmuş, "qaradərililərə qarşı irqçi hücumları"na qədər çıxışlarından danışaraq davam edib.

Keçən həftə Respubikaçıların Milli Qurultayında prezidentliyə nominasiyasını qəbul edən Tramp Portlandı onun opponenti olan Baydenin noyabrın 3-də seçkidə qələbə çaldığı halda amerikalıları gözləyən anti-utopik gələcəyə misal olaraq göstərib.

Co Bayden isə kampaniyasından bildirildiyi kimi bazar ertəsi Pensilvaniya ştatında "Donald Trampın Amerikası təhlükəsizdirmi?" mövzusunda çıxışında cavab verəcəyi gözlənilir.

XS
SM
MD
LG