Accessibility links

Çİn ilk təyyarədaşıyan gəmisini istifadəyə verib


Çİnin ilk təyyarədaşıyan gəmisini istifadəyə verməsi Pekinin inkişaf edən hərbi qüvvəsinə dair yeni narahatlıqlara səbəb olub.

Prezident Hu Cinitao, baş nazir Ven Ciabao və başqa yüksək rütbəli rəsmilər bu gün Çinin şimal-şərqi Dalian limanında keçirilən mərasimdə iştirak edən yüzlərlə hərbi dəniz donanma personalına qoşulub.

Çin 1998-ci ildə Ukraynadan 300 metrlik Sovet istehsalı olan gəmi alıb və onu Dalian hərbi limanında yeniləyib. Gəmiyə limanın yerləşdiyi Liaoning vilayətinin adı verilib. Çinin Müdafiə Nazirliyinin nümayəndələri təyyarədaşıyan gəminin dəniz donanması qüvvələrində ümumi döyüş imkanlarının artırılması yolunda mühüm addım olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG