Accessibility links

Donetsk sakinləri Rusiya ilə birləşmək fikrinə birmənalı yanaşmır [Video]


Donetsk sakinləri Rusiya ilə birləşmək fikrinə birmənalı yanaşmır
please wait

No media source currently available

0:00 0:02:22 0:00
Ukraynanın Donetsk şəhərində Krımın Rusiyaya birləşməsinə dair fikirlər birmənalı deyil. Şəhər sakinlərini indi regionlarında gələcəkləri ilə bağlı nə zaman referendum keçiriləcəyi düşündürür.

Donetskin mərkəzindəki Lenin heykəli önünə toplaşanlar Rusiyayönümlü fəallardır. Onlar sakinlərin imzası və kampaniyaları üçün pul toplayır.

Təqaüddə olan insanların əksəriyyəti Ukraynanın Sovet keçmişi üçün darıxır. Onları Avropaya üz tutun baş nazir Arseniy Yatsenyukun rəhbərliyi altında ölkənin gələcəyi narahat edir. Pensioner Aleksander Nikolayeviç: “Hər şey qeyri-müəyyəndir. Başımıza nə gələcəyini bilmirik.”

Sovet dövrünün nastolgiyasının haradan qaynaqlandığını görmək çətin deyil. İkiyə parçalanmaış bu şəhərdə Sovet kitabxanaları, teatrlar və opera hələ də qalmaqdadır.

İkinci dünya müharibsində həlak olanların xatirə abidəsi bir çoxlarının dünyaya baxışına təsir göstərir.

Gənc nəsil isə irsləri bir şey demir. Leninin heykəli qarşısında Makdonalds gəncləri cəlb edir. Bu gənclər Putinin Ukraynadakı rusları müdafiə etməsinə şübhə ilə yanaşır. Tələbə Yaposlav Kosak: ‘Biz UKraynanın kursunu özününü seçməsini istəyirik. Bir çoxlarının NATO və ya Avropa İttifaqı ilə bağlı mövqeləri olsa da, insanlara Rusiyanın müdafiəsi lazım deyil. Çünki bizi kimdənsə müdafiə etməyə ehtiyac yoxdur. ”

Hökumətin baş qərragahı qarşısında Rusiyayönümlü “Şərq cəbhəsi” referenduma dəstək kampaniyası keçirir. Bəziləri qərblə bağlı şikayətlərini gizlətmək istəmir. Təşkilatın üzvü Nikolay Soltsev:“Mən Amerikanın səsi və Azadlıq radiosunun vətənim Sovet İttifaqını necə dağıtdığını yaxşı xatırlayıram. Bu stansiyalar hələ də söz azadlığı və insan hüquqları carçısı kimi Ukraynada fəaliyyətini davam etdirir. Mən sizinlə danışmaq istəmirəm.”

Rusiya tərəfdarı nümayişlər davam etdiriləcək. Lakin Kiyev rusları onların maraqlarına xidmət etdiyindən əmin etməlidir. Əks tədirdə Ukrayna bu regionun itirilməsi təhlükəsi ilə üzləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG