Accessibility links

Donetskdə döyüşlər davam edir


Donetskdə Ukraynanın hökumət qüvvələri ilə separatistlər arasında döyüşlər davam edir.

Tərəflər Qırmızı Xaç Cəmiyyətinin işçisinin ölümünə səbəb olan hücuma görə biri-digərini günahlandırır.

Ukraynanın Xarici İşlər Nazirliyi 38 yaşlı Loren DuPasuerin terrorçuların hücumunun qurbanı olduğunu bəyan edib.

Donetski respublika elan edən baş nazirin müavini Andrey Purqin isə yardım işçisinin hökumətin raket hücumu zamanı öldürüldüyünü deyib.

Ukraynanın ordu sözçüsü Andriy Lısenko döyüşlərin üsyançıların ələ keçirməyə çalışdığı hava limanını uğrunda aparıldığını bildirib. O, Rusiyanı havadan dron hücumlarına görə günahlandırıb.

Moskva isə öz növbəsində Qırmızı Xaç Cəmiyyətinin işçisinin öldürüldüyü bölgənin separatistlərin nəzarətində olduğunu və həmin bölgənin Ukrayna qüvvələri tərəfindən atəşə tutulduğunu bildirir.

XS
SM
MD
LG