Accessibility links

Donald Tramp təkcə cinayətkarları deportasiya edəcək [Video]


Donald Tramp təkcə cinayətkarları deportasiya edəcək
please wait

No media source currently available

0:00 0:02:19 0:00

ABŞ-ın növbəti prezidenti Donald Trampın immiqrasiya ilə bağlı sərt mövqeyi və onun müsəlmanları yoxlamaq planı ABŞ-daki mühacirlər arasında narahatlıq yaradıb və ölkədə irqi gərginlikləri artırıb. Tramp bu narahatlıqların bəzilərini sakitləşdirməyə çalışaraq, sadəcə cinayət keçmişi olan təxminən 3 milyon qanunsuz mühacirin deportasiya ediləcəyini deyib.

Ötən həftə Avropada baş verən terror hücumlarından sonra Tramp bütün müsəlmanların Birləşmiş Ştatlara daxil olmalarına qadağa tətbiq edilməsinə çağırıb. O həmçinin artıq ölkədə olanların daha sərt nəzarət olunmasını tələb edib.

Bu ölkəyə zərər vermək istəyən hər bir insan qəbuledilməzdir və biz onları təqib edəcəyik. Bizim cəmiyyətimizin ayrılmaz hissi olmaq və bu cəmiyyətə töhfə vermək üçün Birləşmiş Ştatlara gələn heç bir insanın isə qorxmaq üçün səbəbi olmamalıdır.
Lui Kuinnon

Trampın İspandilli Məsləhət Şurasının üzvü Lui Kuinnon deyir ki, ölkədə qanuni yaşayan mühacirlərin narahat olması üçün əsas yoxdur.

“Biz əsl dinə etiqad etməyən və ya dinc çözümlər istəməyən radikal müsəlmanları hədəfləyəcəyik. Bu ölkəyə zərər vermək istəyən hər bir insan qəbuledilməzdir və biz onları təqib edəcəyik. Bizim cəmiyyətimizin ayrılmaz hissi olmaq və bu cəmiyyətə töhfə vermək üçün Birləşmiş Ştatlara gələn heç bir insanın isə qorxmaq üçün səbəbi olmamalıdır – onlar nə deportasiya ediləcək, nə də təqib olunacaq.”

Kuinon həmçinin qanunsuz işçilərin kütləvi şəkildə deportasiyasının da olmayacağını deyir.

“Hazırda sadəcə cinayətkarlar qorxmalıdır. Bəli, onlar deportasiya ediləcək. Onların sayı isə çoxdur – 3 milyondan artıq. Onlar deportasiya olunacaq. Biz həmçinin bura turist vizası ilə gəlib icazə verilən müddətdən artıq qalanları deportasiya edəcəyik, çünki biz onların gəlib Birləşmiş Ştatların gözəl yerlərini görmələrini istəyirik, amma onlar burada daimi yaşamaq üçün turist vizalarından sui-istifadə edirlərsə, biz buna icazə verə bilmərik.”

Tramp adminsitrasiyası cinayətkarları təqib edib, deportasiya ediləndən sonra yenidən Birləşmiş Ştatlara daxil olmalarının qarşısını almağı planlaşdırır.

“Yanvarın 21-də, biz cinayətkarların yerlərini müəyyən etmək üçün məlumat bazasını yoxlayacağıq. Biz post patrul xidmətinə 7 min beş yüz yeni işçi alacağıq və onlar ölkə daxilində də işləyəcəklər. Cinayətkarları müəyyən etdiyimizdə, onları tapıb, deportasiya edəcəyik. Əgər onlar bizim qanunlara məhəl qoymasalar, həbs ediləcəklər.”

ABŞ-ın bəzi böyük şəhərlərinin rəsmiləri bu şəhərlərin qanunsuz mühacirləri sığınacaqla təmin edəcəklərini deyib.

Kuinon isə deyir ki, qanuna məhəl qoymayan rəsmilərə qarşı cinayət ittihamlı irəli sürüləcək və onların şəhərləri mühüm layihələr üçün federal maliyyəni itirəcəklər.

XS
SM
MD
LG