Accessibility links

Donald Tramp Meksikaya miqrant karvanını dayandırması üçün xəbərdarlıq edib [Video]


Donald Tramp Meksikaya miqrant karvanını dayandırması üçün xəbərdarlıq edib
please wait

No media source currently available

0:00 0:02:25 0:00

Meksikadan keçərək Birləşmiş Ştatlara doğru hərəkət edən karvanda olan yüzlərlə mərkəzi amerikalı miqrant hazırda Meksikanın Oaksaka ştatında qanuni statuslarının dəqiqləşdirilməsini gözləyir, çünki rəsmilər onların Meksikada qalmaq halqarının olub-olmadığını və ya gəldikləri ölkələrə geri dönməli olub-olmadığını müəyyən etməyə çalışır. Onlar deyir ki, karvanın məqsədi zorakılıq və iqtisadi çətinliklərdən qaçan miqrantların haqları ilə bağlı məlumat yaymaqdır. Karvan ABŞ sərhədindən bir neçə yüz kilometr uzaqda olsa da, prezident Donald Tramp ABŞ ordusunu sərhədi qorumağa çağırıb.

Bizim sərhədlə bağlı qanunlarımız pisdir və biz bu məsələ ilə bağlı nə isə edəcəyik. Mən general Mattis ilə danışmışam və biz bu məsələni hərbi yolla həll edəcəyik. Bu, böyük addımdır. Biz bunu daha öncə etməmişik. Amma Meksika ilə danışıqlar aparacağıq, əks təqdirdə mən NAFTA razılığını imzalamayacağam
Donald Tramp

Saylarının getdikcə azalmasına baxmayaraq Mərkəzi Amerika miqrantlarından ibarət 1000 nəfərlik karvan şimala doğru istiqamət etməyə davam edir. Onlar bu səfərdə təhlükəsiz keçid axtarır, çünki yolda onlar çox sayda qaçaqmalçılarla üzləşir və təhlükəli ərazilərdən keçir.

Bu cür karvan səfərləri hər il baş tutur. Lakin bu dəfə karvandakı insanların sayı pik həddə çatıb. Belə ki, orada 1500 insan olub. Karvan ötən həftə Qvatemaladan Meksikaya keçib. Bəziləri Meksikada sığınacaq almaq istəyir, digərləri isə yola davam etməyi düşünür.

Amma Meskikanın immiqrasiya rəsmiləri BuzzFeed News xəbər agentliyinə bildirib ki, onlar çərşənbəyədək karvanı dağıtmağı və bəzilərinə humanitar viza verməyi planlaşdırır.

Buna baxmayaraq, karvan artıq ikinci gündür prezident Trampın hiddətlənməsinə səbəb olub. O, Twitter hesabında karvanı təşkil edən Pueblo Sin Fronteras, yəni Sərhədsiz İnsanlar qrupunu qınayıb. Daha sonra o, ordunu sərhədi müdafiə etməyə çağırmağı planlaşdırdığını deyib.

“Bizim sərhədlə bağlı qanunlarımız pisdir və biz bu məsələ ilə bağlı nə isə edəcəyik. Mən general Mattis ilə danışmışam və biz bu məsələni hərbi yolla həll edəcəyik. Bu, böyük addımdır. Biz bunu daha öncə etməmişik. Amma Meksika ilə danışıqlar aparacağıq, əks təqdirdə mən NAFTA razılığını imzalamayacağam,” Tramp deyib.

Mərkəzi amerikalı miqrantlar
Mərkəzi amerikalı miqrantlar

“Birləşmiş Ştatlar prezidenti bizə məsuliyyətsiz şəkildə davranır, sanki biz terrorçuyuq. Amma deyilik,” deyə Pueblo Sin Fronteras-ın direktoru İrineo Muhika bildirib.

Humanitar qrupun sözçüsü Amerikanın Səsinə deyib ki, onlar zorakılığın olmadığı ləyaqətli həyat yaşamaq haqları uğrunda mübarizə aparır və insanları sığınacaq axtaran miqrantların haqları ilə bağlı maarifləndirmək istəyir.

Birləşmiş Ştatlar prezidenti bizə məsuliyyətsiz şəkildə davranır, sanki biz terrorçuyuq. Amma deyilik.
İrineo Muhika

ABŞ-ın Sərhəd Patrul Xidmətinin sədri Manuel Padilla deyib ki, karvandakı insanların sayı ötən ay sərhədi keçən insanların sayına bərabərdir.

“Karvanın sərhədə təsiri eyni olacaq. Mənim narahatlığım isə odur ki, əgər biz bu qrupla bağlı lazımı təbirdlər görməsək, başqa qruplar da bundan cəsarətlənəcək və beləcə sərhədi keçənlərin sayı artacaq,” o söyləyib.

Meksikanın qrupu dağıtmaq niyyətinə baxmayaraq, Pueblo Sin Fronterasın təşkilatçıları deyir ki, karvan yoluna davam edəcək və vədini yerinə yetirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG