Accessibility links

Donald Tramp daşqına məruz qalmış Texasa səfər edib [Video]


Donald Tramp daşqına məruz qalmış Texasa səfər edib
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp Harvi qasırğasına məruz qalan cənub-şərqi Texasa səfər edib. Trampın səfəri federal hökümətin qasırğaya hazır olduğunu göstərmək səylərinin bir hissəsi idi. Harvi qasırğası tarixi baxımdan ən yağışlı keçən qasırğadır. Qasırğa nəticəsində indiyədək artıq 9 nəfər ölüb.

Bu tarixi bir hadisədir. Amma bu hadisə Texasda baş verdi. Texas isə hər şeyin öhdəsindən gələ bilər. Hər kəsə təşəkkür edirəm.
Donald Tramp

Harvi qasırğası ABŞ tarixində baş vermiş ən yağışlı tropik qasırğadır.

Milli Hava Xidmətinin verdiyi məlumata görə, Hyustona artıq 125 santimetr yağış yağıb.

Hər yeri su basıb – su bəndləri daşıb, küçələr, evlər su ilə dolub. Rəsmilər minlərlə insanı evlərinin damlarından xilas edib. Başqaları isə şəxsi əşyalarını götürüb, özləri daha yüksək ərzilərdəki sığınacaqlara qaçıb.

Çərşənbə axşamı prezident Donald Tramp və birinci xanım Melania Tramp regiona səfər edib. Orada yerli liderlər onları xilasetmə işləri barədə məlumatlandırıb.

“Biz sizi təbrik etməyəcəyik. Bu işlər bitdiyində, biz sizi təbrik etmək istəmirik. Amma siz çox gözəl iş görürsünüz”, Tramp deyib.

Daha sonra Tramp tərəfdarları önündə çıxış edərkən daha nikbin mesaj səsləndirib.

“Bu tarixi bir hadisədir. Amma bu hadisə Texasda baş verdi. Texas isə hər şeyin öhdəsindən gələ bilər. Hər kəsə təşəkkür edirəm”, deyə prezident bildirib.

Tramp hakimiyyəti dövründə baş verən ilk təbbi fəlakət zamanı administrasiyasının buna hazır olduğunu göstərməyə çalışır.

Amma hökümətin fəlakətə reaksiyasını dəyərləndirmək üçün hələ tezdir, çünki Hyustonda vəziyyətin daha da pisləşəcəyi gözlənilir.

Metereoloqlar Hyustona hələ bir neçə gün yağış yağacağını gözləyir, şəhərdən suların isə bu həftənin sonu çəkiləcəyi gözlənilir.

Sular çəkiləndən sonra isə ölənlərin sayının da artacağı təxmin edilir, çünki ondan sonra rəsmilər artıq bir-bir evlərdə axtarışlara başlayacaq.

XS
SM
MD
LG