Accessibility links

Donald Trampın reytinqi aşağıdır [Video]


Donald Trampın reytinqi aşağıdır
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Donald Trampın reytinqi aşağıdır

Prezident Donald Trampın vəzifədəki ilk 100 günü başa çatmaq üzrədir. Onun etimad reytingi 40 faizdir. Bu isə yeni prezident üçün çox aşağı bir göstəricidir. Bu yaxınlarda ABŞ ordusunun Suriya və Əfqanıstana hücumlarından sonra Trampın xarici siyasət sahəsindəki reytinqi bir qədər artsa da, daxili siyasət gündəmi neytral olaraq qalır.

Hazırda dünyada qarmaqarışılıq baş verir. Amma düşünürəm ki, bizim vəzifə müddətimiz bitdiyində dünya yaşamaq üçün daha gözəl bir yerə çevriləcək.
Donald Tramp

Bir neçə ay daxili siyasət sahəsində çətinliklər çəkəndən sonra, prezident Tramp diqqətini daha çox xarici siyasət məsələlərinə yönəldib. Buna Şimali Koreyanın nüvə proqramı ilə Suriya və Əfqanıstana hərbi hücumları daxildir .

Donlad Tramp: “Hazırda dünyada qarmaqarışılıq baş verir. Amma düşünürəm ki, bizim vəzifə müddətimiz bitdiyində dünya yaşamaq üçün daha gözəl bir yerə çevriləcək”.

Senatın respublikaçı lideri Miç Makkonnel ABŞ-ın hərbi gücünü artırmasını alqışlayıb.

“Bu, bütün dünyaya və müttəfiqlərimizə bu administrasiynın keçmiş administrasiya ilə müqayisədə daha qətiyyəli olacağına dair bir mesajdır.”

Amma ölkədaxili məsələlərdə Tramp üçün vəziyyət daha çətindir.

Ölkə boyu etirazlarda insanlar prezidentin vergilərini açıqlamasını tələb edib. Kaliforniyada isə Tramp tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.

Donald Tramp
Donald Tramp

Senatın demokrat lideri Çak Şumerin dediyinə görə, Trampın səhiyyə və digər daxili siyasət prioritetləri qütbləşən siyasət səbəbilə hələ ki, təxirə salınıb.

Çak Şumer: “Siyasi spektrumun ortasına keçməyənədək o daimi olaraq problemlərlə üzləşəcək”.

Təhlilçi Sara Baynder deyir ki, prezidentliyə başlayandan bəri Tramp dəstək bazasını genişləndirməyə çalışır.

“Tramp prezidentliyə tarixi baxımdan ən aşağı reytinqlə başlayıb, amma indi bu reytinq daha da azalır. Bu isə deməkdir ki, bu qədər balaca dəstək bazası ilə Amerika siyasətində böyük koalisiyalar yaratmaq çətin olacaq”, o deyir.

Əgər administrasiya həqiqətən də bu istiqamətdə irəliləmək, onlar vergi islahatı və infrastrukturun inkişafı kimi məsələrlərdə Demokratlarla müzakirələrə başlamalıdır.
Uilliam Qalston

Brukinqs İnstitutundan Uilliam Qalsonun sözlərinə görə, ökədaxili məsələlərdə irəliləyiş əldə etmək istəyirsə, Tramp, Respublikaçıları qəzəbləndirmək bahasına Demorkatların dəstəyini almağa çalışmalıdır.

“Əgər administrasiya həqiqətən də bu istiqamətdə irəliləmək, onlar vergi islahatı və infrastrukturun inkişafı kimi məsələrlərdə Demokratlarla müzakirələrə başlamalıdır”, deyə o bildirir.

Prezidentlik vəzifəsinə başlamasından 100 gündən az bir müddət keçən Tramp qeyri-sabit və dəyişkən dünya məsələləri fonunda ölkədaxili gündəmini tarazlaşdırmağa çalışır.

XS
SM
MD
LG