Accessibility links

`Donosçular ordusu`: Rusiyada kiber-drujinaların sayı artır


Rusiya Federasiyasının Dövlət Dumasının deputatları hakimiyyət orqanları və social şəbəkələrdə mümkün qeyri-qanuni məzmunlu yazıları araşdıran könüllü kiber-xəbər çatdıranlarla əməkdaşlığa dair qanun layihəsi hazırlayıblar.

Qanun layihəsi hələlik Dumada müzakirədən keçməsə də, ölkədə hökumətin hesab etdiyi kimi ekstremist məzmunlu yazılar, şərhlər və din əleyhinə zarafatlara görə ardıcıl həbslərlə bağlı mövcud ictimai narazılıqlar fonunda hazırlanıb.

"Kiber-drujinalar haqqında" qanun layihəsinin “Vahid Rusiya” partiyasından olan müəllifləri bununla “Rusiya Federasiyasında qadağan olunmuş məlumatların, o cümlədən, müharibə təbilğatı istiqamətində, milli, dini və irqi nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məlumatların qarşısını almaq və eyni zamanda, bu “ictimai işin sistemləşdirilməsinə” kömək etmək istədiklərini bildirirlər.

“Nastoyaşeye Vremya”-nın təhlili göstərir ki, bu cür könüllü qruplar artıpq heç bir federal qanun olmadan da hakimiyyətlə əməkdaşlıq edirlər və ölkənin 20-dən çox regionunda dövlət təhsil müəssisələrinin himayəsi altında fəaliyyət gösətirirlər.

Ən diqqətçəkən kiber-drujina İnternet senzurasının artırılmasını müdafiə edən Konstantin Malofeevin nəzarət etdiyi və formal olaraq müstəqil "Təhlükəsiz İnternet Liqası" tərəfindən təsis edilib. Onun könüllüləri 36 regionda fəaliyyət göstərir.

Müxalif siyasətçi Dmitri Qudkov bildirir ki, hətta qanun layihəsinin müəllifinə də aydındır ki, “internetdə “ekstremizm” axtarışı repressiya üçün açıq qapıdır”.

Potensial kiber-drujinaların yoxlanması ilə məşğul olan Çeboksarı polisinin əməkdaşı Aleksey Navalnının tərəfdaşlarının fəaliyyətlərində ekstremizm aşkar edib. O, “İdel.Realii”-yə bildirib ki, "onlar ekstremist fəaliyyəti ilə məşğul olurlar və seçimlərdən keçməyəcəklər".

XS
SM
MD
LG