Accessibility links

Səhiyyə Nazirliyi: Azərbaycanla həmsərhəd ölkələrdə gərgin epidemioloji vəziyyət əksepidemik tədbirlərin gücləndirilməsini tələb edir


Donuz qripi
Donuz qripi

Polimeras zəncirvari reaksiya avadanlığı və digər müasir avadanlıqla təchiz edilmiş virusoloji laboratoriyalarda 200-dən artıq şübhəli xəstələrdən götürülmüş nümunələrin müayinəsi təşkil olunub. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməyib, dövr edən viruslar arasında isə mövsümi qriplərdən biri olan A(H3N2) virusu üstünlük təşkil etdiyi müəyyən edilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidməti bildirir ki, epidemioloji prosesə dinamik müşahidənin aparılması məqsədi ilə respublikanın iri şəhərlərində kəskin respirator virus infeksiya üzərində gündəlik monitorinq aparılır və nəticələr təhlil edilir. Mövsümlə əlaqədar xəstəliyin bir qədər artmasına baxmayaraq, onun səviyyəsi epidemioloji həddən aşağıdır.

“Lakin buna baxmayaraq, dünyada və ələlxüsus Azərbaycanla bütün sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi və hətta daha da gərginləşməsi ölkəmiz üçün real təhlükə yaratmaqla əlavə profilaktik, müalicəvi və əksepidemik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə əlavə olaraq ağır kəskin respirator xəstələrin müalicəsi üçün nəzərdə tutulan müasir yüksək effektli dərman preparatları tibb müəssisələrinə çatdırılmış, tibb personalı üçün qoruyucu vasitələr, əhalinin maarifləndirilməsi üçün xüsusi təlimatlar göndərilmiş, dezinfeksiya rejimi gücləndirilib. Tətil günlərinin başlanması ilə əlaqədar bütün məktəblərdə profilaktik dezinfeksiya tədbirləri aparılır”.

Mətbuat xidməti qeyd edir ki, epidemioloji stabilliyin təmin edilməsində əhali əhəmiyyətli rol oynayır.

Əhalidən bir daha xəstəliyin əlamətləri özünü büruzə verdiyi andan tibb müəssisəsinə müraciət etmək, xüsusi qoruyucu vasitələrdən istifadə etmək, şəxsi gigiyenaya riayət etmək xahiş olunur. İmmuniteti zəiflədən xroniki xəstəliklərdən əziyyət çəkən yaşlı insanlardan səhhətlərinə qarşı xüsusilə diqqətli olmaları tövsiyə olunur.

Nəzərə almaq lazımdır ki, epidemik qrip mövsümi qripdən daha ağır cərəyan edir. Hava-damcı yolu ilə yayılan virusun intoksikasiya simptomları - qusma, ishal, güclü baş ağrısı ilə başlayır, yüksək hərarət, tənəffüsün çətinləşməsi, tənginəfəsliklə müşahidə olunur.

Mövsümi qrip zamanı ağırlaşma 10-15 gün keçdikdən sonra baş verdiyi halda, epidemik virusda xəstəliyin 2-3-cü günlərində ağırlaşmalar müşahidə olunur. Həmçinin daxili orqanlar, xüsusən də ağ ciyər zədələnir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG