Accessibility links

Waffle House-da dörd nəfəri qətlə yetirən şəxs həbs edilib [Video]


Waffle House-da dörd nəfəri qətlə yetirən şəxs həbs edilib
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Waffle House-da dörd nəfəri qətlə yetirən şəxs həbs edilib

Polisin bildirdiyinə görə, şüphəli Teravis Reynkinq bazar ertəsi Neşvil yaxınlığındakı meşə ərazisində saxlanılıb. Onun tutulmasına ərazi yaxınlığında yaşayanların verdiyi məlumatlar kömək olub.

"Bizə daxil olan məlumatda şüphəlinin tüd qırmızı köynək, cins şalvar geyindiyi və belində çantası olduğu təsvir edilirdi. Onu həbs etdikdən sonra qolları qandallandığı üçün dedektivlər çantanın ipini kəsməli oldu. Bel çantasından Silver Kimber adlı yarı-avtomatik silah, 45 kalibr güllələr və əl fənəri tapılıb." - deyə, şəhər polisinin nümayəndəsi Karlos Lara bildirib.

Şahidlərin sözlərinə görə, qatil Waffle House restoranına pikap avtomobili ilə gəlib və içəriyə daxil olmadan öncə həyətdə iki nəfərə atəş açıb. Onun üzərində yalnız qısa jaket olub. Müştərilərdən biri olan Ceyms Şou əvvəlcə tualetdə gizlənməyə çalışıb. Lakin, silahlı onun üzərinə atəş açdıqdan sonra Şou oradan çıxaraq öz həyatı uğrunda döyüşməyə başlayıb.

Daha çox ölümün qarşısını aldığı üçün insanlar Şounu qəhrəman kimi qarşılayıb. Ancaq o deyir ki, qatilin üzərinə hücum etməyinə səbəb cəsarət yox, özünü xilas etmək instinkti idi.

"Mən qəhrəman yox, adi insanam. Düşünürəm ki, həmin vəziyyətdə olsa hər kəs mənim etdiyimi edərdi.” - deyə, Şou bildirib.

ABŞ prezidenti Donald Tramp da həmçinin zərərçəkmiş şəxslərin ailələrinə başsağlığı diləyib. Tədqiqat nəticəsində məlum olub ki, şübhəli ötən il üzərində dörd silahla Ağ Ev ətrafında qadağan olunmuş əraziyə daxil olduğu üçün həbs edilmişdi. Trevor Reynkinqin həm də ruhi xəstə olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada universitet kampusuna silahlı hücum edilib - ölənlər var
please wait

No media source currently available

0:00 0:12:06 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG