Accessibility links

Dorian qasırğasının fəsadları


Dorian qasırğasının fəsadları
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Dorian qasırğası bazar günü Kanadanın Nova Skotia yarımadasını vurduqdan sonra yüz minlərlə insanı elektriksiz qoyaraq, Müqəddəs Laurens körfəzinə doğru irəliləyib. Güclü fırtına Şimali Amerika qitəsinin şərq sahili boyunca hərəkət edərək, son bir həftə ərzində Baham adalarını viran qoyub və 70 min insanın evsiz qalmasına səbəb olub. Birləşmiş Ştatlarda və Kanadada təmizlik və bərpa işləri aparıldığı bir vaxt axtarış-xilasetmə qrupları hələ də Baham adalarının ən çox zərər görən bölgələrində sağ qalanları və cəsədləri axtarır.

Dorian bazar günü Nyu Foundland və Labrador üzərindən keçib, Atlantik okeanına doğru istiqamət götürərək, post-tropik bir siklona çevrilib. Şənbə günü Kanadanın Atlantik okeanı sahillərinə çatan güclü fırtına ağacları yıxıb, elektriki kəsib və Nova Skotia vilayətinin paytaxtı Halifaksda böyük bir tikinti kranını yıxıb. Kanada rəsmiləri sahilyanı bölgələrdə 400 mindən çox insanın elektriksiz qaldığını, lakin qasırğa səbəbindən xəsarət alanların olmadığını bildirib. Kanadanın Fövqəladə Hallar İdarəsindən Pol Meyson: "Bu anda biz işlərin gedişindən razıyıq. Hazırda qiymətləndirmə və bərpa mərhələsinə keçirik."

Bu arada, Şimali Bahama rəsmiləri keçən həftə 5-ci kateqoriyalı qasırğanın təsirinə məruz qoyduğu Abako adalarından ölənlərin cəsədlərini çıxarmağa başlayıb. Hökumət qasırğa zamanı 43 nəfərin öldüyünü, bildirir. Lakin axtarış və xilasetmə qrupları dağıntıların altından yüzlərlə insan cəsədinin çıxacağını təxmin edir. Daha sonra cəsədlərin təhqiqat üçün paytaxt Nassauya aparılacağı bildirilir.

Böyük Abako adasında sağ qalan yüzlərlə insan da Nassauya daşınır. Abako sakini Karlen Merizyer: “Mənim evim uçanda mən elə bilirdim ölürəm. Çox adam öldü və mən də onlardan biri olacağımı düşünürdüm. İndi isə biz sağ qaldığımız üçün dua edirik.”

Rəsmilər yaxın günlərdə Nasauya daha çox insanın gələcəyini deyir. Milli Təhlükəsizlik Hallar İdarəsindən Stefen Rassel: “Nassau gələnləri sığınacaq proqramları, mehmanxanalar və qohumların yardımı ilə qəbul edə bilər.”

Baham adalarının qasırğanın ən çox viran qoyduğu bölgələrində sağ qalanların ərzağa, təmiz suya və sığınacağa ehtiyacı var. Birləşmiş Ştatların Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri həmin bölgələrə yardım çatdırıb və qasırğanın ən çox vurduğu təcrid olunmuş adalarda 300-ə yaxın insanı xilas edib.

Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi Baham adalarına yardım səviyyəsini 1 milyon artıraraq, ümumi yardımı 2.8 milyon dollara çatdırdığını bildirib. Agentlik eləcə də 44 min insana təcili yardımla təmin edib. Agentliyin işçisi Mark Qrin: “Qarşıda çox uzun bir yolun olduğunu bilirik. Lakin biz təcili yardımı təmin etmək və qarşıdan gələn mühüm həftələr və aylar ərzində bərpa üçün mümkün hər şeyi etdiyimizə əmin olan üçün baş nazir və onun hökuməti ilə yaxından əməkdaşlıq etməyi planlaşdırırıq.”

Amerikanın Qırmızı Xaç Təşkilatı da Baham adalarının bərpası üçün 2 milyon dollar yardım ayırıb.

Şərhlərə bax

XS
SM
MD
LG