Accessibility links

Dorian qasırğası 4-cü kateqoriya ilə Floridaya yaxınlaşır


Puerto-Rikodan uzaqlaşan Dorian qasırğasının yaxın günlərdə daha da güclənərək, 4-cü kateqoriya ilə şimal Baham adaları və Birləşmiş Ştatlara yaxınlaşacağı gözlənilir.

Birləşmiş Ştatlar Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, cümə axşamı küləyin sürəti saatda 140 kilometrə çatıb.

Sinoptiklər Dorian qasırğasının episentrinin şənbə gününə qədər şimal Baham adalarına, bazar və ya bazar ertəsi günü isə ABŞ-ın Florida ştatına yaxınlaşacağını gözləyir.

Florida qubernatoru Ron De-Santis fırtına, güclü yağışlar və küləklərin vura biləcəyi zərərlərə hazırlıqlar görmək üçün ştatda fövqəladə vəziyyət elan edib.

"Şərq sahilində yaşayan bütün floridalılar yeddi günlük tədarük görməli, evlərini hazırlamalı və hava proqnozunu yaxından izləməlidirlər" -deyə, qubernator De-Santis çərşənbə günü Tweeter səhifəsində yazıb.

Dorian Puerto-Rikonun iki adasında su və elektrik kəsilmələrinə səbəb olsa da, bu ABŞ ərazisinə hələlik böyük ziyan vurmayıb.

XS
SM
MD
LG