Accessibility links

Dorian qasırğası 10 mindən çox şagirdi məktəbsiz qoyub


5-ci kateqoriyalı Dorian qasırğası Baham arxipelaqının iki şimal adasını viran qoyduqdan və məktəbləri yerlə yeksan etdikdən sonra təhsil üzrə yerli rəsmiləri məcburi köçkün olan 10 mindən çox şagirdin təhsilini davam etdirməsi üçün yer axtarır.

Baham adaları rəsmiləri bu həftə “one-stop shop” adlı proqrama əsasən 4-lə 19 yaş arasındakı şagirdləri ölkənin paytaxtı Nassau şəhərinin Tomas A. Robinson Milli Stadionuna toplayıb.

Biz hər şeyimizi itirdik, məktəbsiz qaldıq, heç nəyimiz yoxdur.


Yüzlərlə uşaq görmə və eşitmə qabiliyyətlərinin, immun sisteminin yoxlanması, eləcə də paltar və məktəb ləvazimatları almaq üçün cümə axşamı stadionda növbəyə düzülüb.

`Bu uşaqlar təhsili almalıdır. Onlar necə iş tapacaqlar, onların seçimi varmı?` deyə, Nassaudan təqribən 150 km şimalda yerləşən Böyük Abako adasından qaçqın düşən Çandra Aleksis sual verir.

O, növbədə olan kiçik bacısı və əmisi oğlunu gözləyərkən danışır.

“Biz hər şeyimizi itirdik, məktəbsiz qaldıq, heç nəyimiz yoxdur," deyə Aleksis bildirib.

Dünya tarixində ən güclü qasırğalardan biri olan Dorian adaları sentyabrın 1-i vurdu. Saatda 298 km sürətlə əsən külək Baham adalarının üzərində təxminən 50 saat davam etdi. Qasırğa demək olar ki, Abako adasnı tamamilə dağıtdı və Qrand Bahamı viran qoydu.

Baham adaları hökuməti 1300 nəfərin hələ də itkinlər siyahısında olduğunu bildirir. Bu arada yardım qruplarının məktəb ləvazimatlarını əraziyə çatdırmaq səylərini qarşıdan proqnozlaşdırılan digər bir tufan əngəlləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG