Accessibility links

"Dorian" qasırğası ABŞ-ın şərq sahili boyunca irəliləyir


Dorian qasırğası, cümə günü Şimali və Cənubi Karolinada tornadolar və daşqınlar əmələ gətirdikdən sonra 1-ci kateqoriyalı qasırğaya enib.

Dorian saatda 150 kilometr sürətli küləklərlə hərəkət edir.

Dorian cümə günü gecə və ya şənbə Yeni İngiltərənin cənub şərqinə, şənbə günü axşam saatlarına isə Nova Skotiaya çatacaq.


Milli Qasırğa Mərkəzi cümə günü erkən saatlarında verdiyi məlumata əsasən, Dorianın mərkəzi bir neçə saat ərzində Şimali Karolinanın sahilinə yaxın və ya onun üzərindən keçəcək.

"Daha sonra qasırğa cümə günü gecə və ya şənbə Yeni İngiltərənin cənub şərqinə, şənbə günü axşam saatlarına isə Nova Skotiaya çatacaq," Mərkəz əlavə edib.

Xeyli zəifləsə də, qasırğa statusunu saxlayan Dorianın həftəsonunadək Kanada sahillərinə yetişəcəyi təxmin edilir.

Milli Qasırğa Agenliyi xəbərdarlıq edir ki, tufanlar orta-Atlantik bölgədə iri və təhlükəli dalğalar yaradacaq. Yağıntının 38 santimetrə çatacağı güman edilir.

Dorian qasırğası qüdrətinin pik nöqtəsində Baham adalarını vurub. Hal-hazırda Baham adalarında axtarış-xilasetmə işləri aparılır. Adada yaşayan minlərlə insan Dorian qasırğasından sonra həyatlarını yenidən qurmaq üçün uzun və əzablı mübarizəyə başlayıblar.

Baham adaları sakinləri Dorian qasırğasının dağıdıcı fəsadları ilə üzləşir.
Baham adaları sakinləri Dorian qasırğasının dağıdıcı fəsadları ilə üzləşir.

Cümə günü gecə Dorian qasırğası nəticəsində ölənlərin sayı 30-a çatıb. Baham adalarının Səhiyyə Naziri Duane Sands Associated Press-ə verdiyi açıqlamasında ölənlərin sayının "əhəmiyyətli dərəcədə artacağını" gözlədiyini söyləyib.

ABŞ Sahil Mühafizəsi və Britaniya Kral Dəniz Qüvvələrinin yardım gəmiləri sahili tərk edib. Birləşmiş Millətlər Təşkilatı Baham adalarının sakinlərinə səkkiz ton hazır yemək və peyk rabitə avadanlığı göndərib.

Adətən xoşbəxt turistləri Baham adaları kurortlarına aparan Kral Karib və Uolt Disney kruiz gəmiləri indi oraya yemək, su, fənərlər və digər həyati vacib əşyaları aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG