Accessibility links

Dorian qasırğası Cənubi Karolina sahillərini vurur


Çarlston şəhəri leysan yağışlara və güclü küləklərə məruz qalıb.
Çarlston şəhəri leysan yağışlara və güclü küləklərə məruz qalıb.

Dorian qasırğası ABŞ-ın cənub-şərq sahillərinə dağıdıcı küləklər və leysan yağışlar gətirib. İki metrdən yüksəyə qalxan sular sahil ərazilərdə həyati təhlükə yaradıb.

Hazırda 2 kateqoriyalı qasırğa kimi dəyərləndirilən Dorian saatda 175 kilometr küləklə Cənubi Karolina ştatının Çarlston şəhərinin sahil xəttinədək irəliləyib.

Saatda 175 kilometr sürətli küləklərlə Dorian qasığrası Cənubi Karolina ştatının Çarlston şəhərinin sahil xəttinədək irəliləyir.

Sinoptiklər qasırğanın cümə günü Şimali Karolina sahillərinə irəliləyəcyini güman edirlər.

Xeyli zəifləyəcək, lakin qasırğa statusunu saxlayacaq Dorianın həftəsonunadək Kanada sahillərinə yetişəcəyi təxmin edilir.

Milli Qasırğa Agenliyi xəbərdarlıq edir ki, tufanlar orta-Atlantik bölgədə iri və təhlükəli dalğalar yaradacaq. Yağıntının 38 santimetrə çatacağı güman edilir.

Dorian qasırğası qüdrətinin pik nöqtəsində Baham adalarını vurub.

BMT qasırğadan sonra adalardakı 70 min sakinin hümanitar yardıma ehtiyacı olduğunu bildirib.

Dorian qasırğasının Baham adalarına vurduğu ziyanın miqyası nəhəngdir.
Dorian qasırğasının Baham adalarına vurduğu ziyanın miqyası nəhəngdir.


Səmadan çəkilmiş videolarda qasırğanın Baham adalarının şimalındakı Abako adasınının limanının, mağazaların, idarələrin, xəstəxanaların və aeroportun tamamilə viran qoyduğunu görmək olur.

Karib dənizinin ən güclü qasırğalarından sayılan, 5-cı kateqoriyalı Dorian Baham adalarında azı 20 nəfərin ölümünə bais olub.

Baş nazir Hubert Minnis mətbuat konfransında verdiyi açıqlamada deyib ki, dağıntıların miqyası sular çəkildikdən sonra aydın olub.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG