Accessibility links

Dorian qasırğası Floridaya və Baham adalarına yaxınlaşır


Florida qasırğasına hazırlıq görülür
Florida qasırğasına hazırlıq görülür

ABŞ-ın Milli Qasırğa Mərkəzi şənbə günü bildirib ki, bu gün 4-cü kateqoriyalı Dorian qasırğası “güclənə bilər”.

Sinoptiklər bildirib ki, Baham adalarının şimal-qərbində “həyat üçün təhlükəli olan” qasırğa nəticəsində suyun səviyyəsi normal səviyyədən üç-beş metrə daha yüksəyə qalxa bilər. Mərkəzin məlumatına görə, sahil yaxınlarında artan dəniz səviyyəsi ilə birlikdə “böyük, dağıdıcı küləklər” müşahidə olunacaq.

Qasırğa Baham adaları və ABŞ-ın Florida ştatına doğru irəliləyir.

Baham höküməti adanın şımalında qasırğa olacağı ilə bağlı xəbərdarlıq edib, ABŞ prezidenti Donald Tramp isə Florida ştatında fövqəladə vəziyyət elan edib.

Milli Qasırğa Mərkəzi bildirib ki, Dorian yavaş, yəni saatda 17 kilometr sürətlə irəlilədiyi üçün uzun müddət yağışlara, küləklərə və fırtınalara səbəb ola, bu isə həyat üçün təhüləki daşqınlarla nəticələnə bilər.

Dorian qasırğasına hazırlıq görülür
Dorian qasırğasına hazırlıq görülür

Küləklərin sürəti saatda 220 kilometrə çatır.

Sinoptiklərin Dorianın Florida ştatının cənub-şərqini bazar ertəsi vuracağını proqnozlaşdırır. Lakin ən son proqnozlara əsasən fırtına istiqamətini dəyişərək şimala doğru irəliləyib, ABŞ-ın şərq sahilini vura bilər. Onlar Dorianın istiqamətinin hələ ki, qeyri-müəyyən olduğunu söyləyir.

Eksperlər bildirir ki, 4-cü kateqoriyalı qasırğalar faciəvi zərərlər vura, evləri və binaları dağıda, yolları çökdürə, ağaç və elektrik dirəklərini qıra bilər.

Fövqəladə vəziyyət çərçivəsində Floridaya Milli Qvardiya qoşunları və əlavə yanacaq göndəriləcək.

Florida Milli Qvardiyasının mayor-generalı Ceyms Eifert deyib ki, cümə günü 2 min qoşun səfərfər olub, şənbə isə onlara 2 min daha qoşun qoşulacaq.

ABŞ prezidenti Donald Tramp "federal hökümətin bütün resurslarının yaxınlaşan qasırğaya hazır olduğunun təmin etmək üçün" Polşaya səfərini təxirə salıb. "Mənim burada olmağım çox vacibdir", o deyib.

Dorian qasırğası
Dorian qasırğası

Florida rəsmiləri hələ ki, kütləvi evakuasiaya dair göstəriş verməyib, çünki qasırğanın istiqaməti hələ tam bəlli deyil.

Florida qubernatoru Ron DeSantis sakinləri azı bir həftəlik ərzaq, su və dərman almağa və günlərlə elektriksiz qalmağa hazır olmağa çağırıb.

Orlanda Beynəlxalq Hava Limanı bazar ertəsi qasırğa səbəbilə bağlanmağı planlaşdırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG