Accessibility links

“Xilas olanlar” layihəsi


“Xilas olanlar” layihəsi
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Merilend ştatının Davidsonvill şəhərində yaşayan fotoqraf Linda Makkarti adətən məktəblilər, ailə portretləri kimi müxtəlif şəkillər çəkirdi. Keçən ildən bəri isə Linda "Survivors" - “Xilas olanlar” adlı layihəyə başlayıb. O, döş xərçəngindən müalicə olunaraq, həyatda qalanların şəkillərini çəkir.

Kamerasının köməyi ilə Linda Makkarti insanların ruhunu və şəxsiyyətini göstərməyə çalışır.

Maliyyə sahəsində işləyən tək ana olan Şeril Listman Linda Makkartinin "Survivors" layihəsi üçün şəklini çəkdiyi iyirmi qadından biridir. Xərçəng xəstəsi Şeril Listman: “Mənə xərçəng diaqnozu 2013-cü ildə qoyuldu. Məndə 2-B döş xərçəngi aşkar edildi və sağ qalma şansım 40 faiz idi.”

“Mən qadınlarla işləyirəm. Qadınlara bu yolu necə keçəcəklərini öyrətməyə çalışıram. Linda mənə şəklimi çəkmək istədiyini deyəndə, mən düşündüm ki, bunun həmin qadınlara köməyi ola bilər. Eləcə də arxaya baxıb, nələrdən keçdiyimi görə bilərəm” - deyə, Şeril Listman bildirir.

Bu layihəyə Linda şəklini çəkmək istədiyi bir balerinanı axtararkən başlayıb. Linda Makkarti: “Məni saçsız balerina kimi tanınan Meggi ilə tanış etdilər. Ona 4-cü dərəcəli, artıq metastaz verən döş xərçəngi diaqnozu 23 yaşında olarkən qoyulmuşdu. Mən ona biz balerina kimi deyil, döş xərçəngi olan gözəl bir qız kimi şəklini çəkmək istədiyimi dedim.”

Şəkli çəkilən hər kəsə məsləhət verilir və onlara makiyaj edilir. Makiyaj ustası Viktoria Ronan: “Onlardan bəziləri çox uzun zaman nə makiyaj, nə də özləri üçün baqa bir şey edib.Mən güzgüyə baxıb ağlayan çox sayda qadın gördüm. Onlar makiyaj etdikdən sonra nə qədər gözəl göründüklərinə inana bilmirdi.”

Məqsəd bu layihənin iştirakçılarının özlərinə fərqli gözlə baxmasıdır. “Mən onların özlərini yarımçıq deyil, tam bir insan olaraq görmələrini istəyirəm. Mən onları bədənlərində yara yerləri olan qadınlar deyil, gözəl qadınlar kimi göstərmək istəyirəm” - deyə, Linda Makkarti bildirir.

Şeril Listman: “Bu çox vacibdir. Çünki siz ağır müalicə yolunu keçərkən gözl ola bilməzsiniz. Sizin bədəniniz fiziki, emosional, ruhi, yəni yaddan çıxmayacaq çox şeydən keçir. Buraya gələndə isə siz özünüzü yenidən gözəl bir qadın kimi hiss edirsiniz.”

Linda Makkarti deyir ki, çox sayda müsbət rəy onun bu layihəni davam etdirməsinə motivasiya verib.

XS
SM
MD
LG