Accessibility links

Döş xərçəngini müəyyən edən yeni üsul [Video]


Döş xərçəngini müəyyən edən yeni alət
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Döş xərçənginin erkən aşkar olunması nəticəsində insanların həyatlarını qurtarmaq olur. Döş xərçəngi dünya boyu qadınlarda ən çox rast gəlinən xərçəng növüdür. Alimlər döş xərçəngini aşkar etməyin yeni yollarını axtarır, eyni zamanda isə hazırda mövcud olan diaqnoz üsulları ilə bağlı araşdırma aparıb, hansının daha effektiv olduğunu müəyyən etməyə çalışır.

Bu yeni müayinə üsuludur və möhkəm döşləri olan qadınlarda əlavə döş xərçənglərini müəyyən etməyə yardım edir.
Dr. Meqa Qarq

Mammoqram zamanı texnik qadın döşünün rentgenini çəkir. Daha sonra rentgenoloq həmin rentgenlərə nəzər salıb, şişin olub-olmadığını müəyyən edir. Sözsüz ki, mammoqram testləri həyat qurtarır. ABŞ-da 1970-ci illərdə mammoqramdan istifadə olunandan bəri döş xərçəngindən ölən insanların sayı 30 faiz azalıb. Buna səbəb odur ki, xərçəng nə qədər tez aşkar olunsa, onu məğlub etmək şansı yüksək olur.

Mammoqram hazırda mövcud olan ən yaxşı diaqnostika üsuludur, amma 100 faiz dəqiq deyil. Hətta bir insanda xərçəng olsa belə, mammoqramın nəticələri təmiz çıxa bilər, ya da tam əksinə, döşdə xərçəngi olmadığı halda mamoqram nəticələri müsbət çıxa bilər.

Standart mammoqramlar iki-dimensiyalıdı, amma möhkəm döşü onlan qadınların 40-50 faizində həm şiş həm də döş toxumaları 2-D rentgenlərdə ağ kütlə kimi görünə bilər. 3-D mammoqramlar döşün daha detallı görüntüsünü göstərir. Bu səbəbdəb də lifli və ya möhkəm döşlü qadınlar daha çox 3-D mammoqramından faydalana bilər.

“Onunla iki-dimensiyalı mammoqramın aşkar etmədiyi xəstəliyi aşkar etmək olar. Mənfi tərəfi odur ki, bu test daha bahalıdır, daha yüksək səviyyədə radiasiyası var və bəzən olmadığı halda belə xəstəliyin mövcud olduğunu göstərə bilər,” deyə Amerika Xərçəng Cəmiyyətindən Dr. Otis Brauli bildirir.

ABŞ-ın 13 hospitalının iştirak etdiyi bir tədqiqatın nəticələri göstərib ki, üç-dimensiyalı mammoqramlar 40 faiz daha çox invaziv xərçəng aşkar edib.

Lakin daha yaxşı nəticə əldə etmək üçün qadınlar avtomatlaşdırılmış tam-döş ultrasəsdən keçə bilərlər.

“Bu yeni müayinə üsuludur və möhkəm döşləri olan qadınlarda əlavə döş xərçənglərini müəyyən etməyə yardım edir,” Missuri universitetindən Dr. Meqa Qarq söyləyir.

Tam-döş ultrasəsi radiasiya buraxmır və döşün 5 min şəklini çəkir.

Onunla iki-dimensiyalı mammoqramın aşkar etmədiyi xəstəliyi aşkar etmək olar. Mənfi tərəfi odur ki, bu test daha bahalıdır, daha yüksək səviyyədə radiasiyası var və bəzən olmadığı halda belə xəstəliyin mövcud olduğunu göstərə bilər.
Dr. Otis Brauli

“Bu yeni üsul ənənəvi mammoqramı əvəzləmir. Mammoqramlar döş xərçənginin aşkar olunmasının standart yoludur. Bu yeni üsuldan isə möhkəm döşləri olan qadınlarda mammoqrama əlavə olaraq istifadə olunur,” Dr. Qarq deyir.

Hansı üsulun daha effektiv olduğunu araşdırdan tədqiqatlar aparılır. Döş xərçəngi hallarının ən yüksək olduğu yerlər Şimali Amerika, Qərbi Avropa və Avstraliya olsa da, Ümumdünya Səhiyyə Təşkilatı döş xəstəliyindən əziyyət çəkən qadınların 50 faizi və xəstəlik nəticəsində baş verən ölüm hallarının 60 faizi az inkişaf etmiş ölkələrdə olurp. Əgər diaqnoz və müalicə yolları təkmilləşdirilsə, hər il azı 400 min qadının həyatı xilas olar.

XS
SM
MD
LG