Accessibility links

Dövlət Departamenti: İŞİD soyqırıma görə məsuliyyət daşıyır


Tillerson: İŞİD soyqırıma görə məsuliyyət daşıyır
please wait

No media source currently available

0:00 0:02:38 0:00

ABŞ dövlət katibi Dövlət katibi Tillerson İŞİD militantlarını İraq və Suriyada geniş ərazilərdə nəzarəti itirdikcə dini azlıqlar və müxalif etnik qruplara qarşı qəddar zorakılıqlarda ittiham edib.

Tillerson ABŞ Dövlət Departamentinin dünya ölkələrində din azadlığına dair illik hesabatını təqdim edib. O, dini zəmində təqiblər və dözümsüzluk hallarının hələ də çox geniş yayıldığını qeyd edib.

Dövlət Departamentinin hesabatına əsasən, İŞİD tərəfindən qəddar zorakılıqlar din azadlığına ən böyük təhlükələrdən birini təşkil edir.

Reks Tillerson: “İŞİD tamamilə aydındır ki, nəzarət etdiyi ərazilərdə yəzidilər, xristianlar və şiə müsəlmanlara qarşı soyqırıma görə məsuliyyət daşıyır. İŞİD həmçinin insanlığa qarşı cinayətlər və eyni qruplara, bəzi hallarda isə sünni müsəlmanlar, kürdlər və başqa azlıqlara qarşı yönəlmiş etnik təmizləmə aparıb.”

Tillerson deyib ki, dini zəmində təqiblər və dözümsüzluk hələ də çox geniş yayılıb və dünya əhalisinin demək olar 80 faizi onların din azadlıqlarının məhdudlaşdırıldığı və ya buna düşmən münasibət göstərildiyi şəraitdə yaşayır.

Reks Tillerson: “İranda bəhayilər, xristianlar və başqa azlıqlar dini etiqadlarına görə təqib olunurlar. İran öz ayrı-ayrı vətənşdaşlarını dönüklüyə dair qaranlıq qanunları əsasında ölümə göndərməyə davam edir.”

Dövlər Departamenti Amerikanın əsas müttəfiqlərindən biri olan Səudiyyə Ərəbistanı kimi ölkələri öz vətəndaşlarına daha geniş din azadlıqlar təmin etməyə çağırıb.

Reks Tillerson: “Hökumət öz dininə açıq şəkildə etiqad etmək istəyən qeyri-müsəlmanların hüquqlarını tanımır və həbs müddətləri, şallaq cəzaları və dönüklük, ateizm, kafirlik və İslamın dövlət tərəfindən izahını təhqir etmək də daxil olmaqla, müxtəlif cəza tədbirləri tətbiq edir.”

Tillerson eyni zamanda, Türkiyə, Bəhreyn, Çin, Pakistan və Sudan kimi ölkələri xüsusi qeyd edib.

Reks Tillerson: “Falun Qonq hərəkatının yüzlərlə üzvü həbsxanada ölüb. Uyqur müsəlmanlar və tibet buddistlərin dini ifadə və icra azadlığının məhdudlaşdırılması praktikası artıb.”

Mövcud problemlərlə yanaşı, dünyanın təxminən 200 ölkəsi və ərazisində din azadlığının durumuna dair hesabatda Vyetnam və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə din azadlığının tədricən genişləndiyi hallar qeyd edilib.

XS
SM
MD
LG