Accessibility links

ABŞ Emin Hüseynovun ölkəni tərk etməsinə imkan verilməsini alqışlayır


Emin Hüseynov
Emin Hüseynov

Birləşmiş Ştatlar Azərbaycan hökumətinin Emin Hüseynovun Azərbaycanı təhlükəsiz şəkildə tərk etməsinə imkan verməsini alqışlayır. Bunu ABŞ Dövlət Departamentinin sözçsüsü Con Körbi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun Bakıdakı İsveçrə səfirliyində 10 ay sığınacaq tapdıqdan sonra bu gün ölkəni tərk etməsilə bağlı verdiyi açıqlamada bildirib.

"Keçən ilin avqust ayından həbs edilmək təhlükəsinə görə Bakıda İsveçrə səfirliyində sığınacaq tapan Emin Hüseynov Azərbaycanda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru kimi media azadlığının qızğın müdafiəçisi olub"-deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

Dövlət Departamenti eyni zamanda, Azərbaycan hökumətini vətəndaş fəallığı ilə əlaqədar həbsdə olan başqa fəalları da azad etməyə çağırıb.

"Bakıda Avropa Oyunlarının açılışı ilə eyni vaxta təsadüf edən bu hərəkətdən məmnunluq duyduğumuz zaman, Azərbaycan hökumətini sağlıq durumları pisləşən Leyla və Arif Yunuslar, həmçinin İntiqam Əliyev də daxil olmaqla, vətəndaş fəallığı ilə əlaqədar olaraq həsb edildiyinə inanılan başqalarına münasibətdə də bu xoş məramı göstərməyə çağırırıq"-deyə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilir.

ABŞ Dövlət Departamenti Emin Hüseynova "uzun müddətdir göstərdiyi dəstək və yardıma görə" İsveçrə səfirliyinə təşəkkür ifadə edib.

XS
SM
MD
LG