Accessibility links

ABŞ-dan Suriyada durumla bağlı açıqlama


Dövlət Departamentinin sözçüsü Heather Nauert
Dövlət Departamentinin sözçüsü Heather Nauert

Birləşmiş Ştatlar Suriyada vəziyyətlə bağlı narahatlığını ifadə edib və NATO üzrə müttəfiqi olan Türkiyəni Suriyanın şimal-şərqində ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələrinin sərhəddən çıxarılması məqsədilə apardığı hərbi əməliyyatlarda təmkin göstərməyə çağırıb. Dövlət Departamentinin sözçüsü Heather Nauertin açıqlamasında ABŞ-ın Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarına dəstəyi ifadə edilir, tərəflərin əsas diqqəti İŞİD-in məğlub edilməsi kimi məqsədə yönəldilməli olduğu bildirilir.

“Dövlət katibi Tillerson türkiyəli və rusiyalı həmkarları ilə dünən keçirdiyi telefon danışıqlarında ifadə etdiyi kimi, Birləşmiş Ştatlar Suriyanın şimal-şərqində vəziyyət, xüsusilə də hazırda döyüşlərin artması qarşısında olan günahsız mülki vətəndaşların durumundan olduqca narahatdır. Biz Türkiyənin NATO müttəfiqi və İŞİD-in məğlub edilməsi səylərində mühüm tərəfdaş kimi təhlükəsizliklə bağlı legitim narahatlıqlarını ünvanlamasını dəstəkləməyə davam edirik, lakin Türkiyəni hərbi əməliyyatların miqyası və müddətini məhdud saxlamağa və mülki tələfatlara yol verməmək üçün diqqətli olmağa çağırırıq. Biz bütün tərəfləri əsas diqqəti İŞİD-in məğlub edilməsi məqsədinə yönəltməyə çağırırıq. İndi böyük ölkələrin Suriya xalqının sülh şəraitində sabitliyinin təmin olunması üçün birgə işləməsinin vaxtıdır”, deyə açıqlamada bildirilir.

Türkiyənin quru qüvvələri rəsmi Ankaranın bundan öncə Türkiyənin döyüş təyyarələrinin ABŞ-ın dəstəklədiyi kürd hərbi dəstələrini sərhəd regionundan çıxarmaq məqsədilə Afrində onların mövqelərinə hücum etdiyini bildirməsindən sonra Afrinə daxil olub.

Türkiyə Suriyada yeddi ilə yaxındır gedən müharibədə yeni cəbhəni şənbə günü Ankaranın “Zeytun budağı əməliyyatı” adlandırdığı hərbi əməliyyatlara başladığı zaman açıb. Türkiyənin döyüş təyyarələri Afrində YPG-nin mövqelərinə havadan hücumlar edib.

Türkiyə ABŞ tərəfindən dəstəklənən döyüşçüləri müttəfiqi olan Vaşinqtonla münasibətlərin ən gərgin məqamlardan birinə çatdığı bir vaxt hədəf alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG