Accessibility links

Dövlət ittihamçısı hüquq müdafiəçisinə 4 il həbs istəyib


Dövlət ittihamçısı hüquq müdafiəçisinə 4 il həbs istəyib
Dövlət ittihamçısı hüquq müdafiəçisinə 4 il həbs istəyib

Vidadi İsgəndərov 2010-cu il parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Dairəsindən deputatlığa namizəd olub. O hökumətin fəaliyyətini kəskin tənqid edib, seçkilərdən sonra müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palataya üzv olub. Mayın 2-də Vidadi İsgəndərovun barəsində həbs qəti imkan tədbiri seçilib.

Bu gün Göyçay Rayon Məhkəməsində dövlət ittihamçısı hüquq müdafiəçisi Vidadi İsgəndərova 4 il həbs istəyib.

Vəkil Xalid Bağırov Vidadi İsgəndərovun həbsini sifariş hesab edir. Onun fikrincə, Vidadi İsgəndərovun əməllərində cinayət tərkibi yoxdur. “Əslində, məhkəmə Vidadi İsgəndərovun seçki komissiyalarının seçkinin saxtalaşdırması ilə bağlı irəli sürdüyü ittihamlara hüquqi qiymət verməlidir. İsgəndərov məhkəmənin gedişində də dövlət əmlakının talanması, rüşvət və korrupsiya halları ilə bağlı faktlar irəli sürüb”,- deyə o Amerikanın Səsi radiosuna bildirib.

Vidadi İsgəndərov 2010-cu il parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Dairəsindən deputatlığa namizəd olub. O hökumətin fəaliyyətini kəskin tənqid edib. O seçkilərdən sonra müxalifət qüvvələrinin cəmləşdiyi İctimai Palataya üzv olub. Hüquq müdafiəsinə qarşı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb. Mayın 2-də Vidadi İsgəndərovun barəsində həbs qəti imkan tədbiri seçilib.

XS
SM
MD
LG