Accessibility links

ABŞ ordusu bildirir ki, vurulan 3 uçan aparat hələ də tapılmayıb


Birləşmiş Ştatlar bazar ertəsi deyir ki, son bir neçə gün ərzində Şimali Amerika üzərində səmada uçan üç naməlum obyektin mənşəyini bilmədiyini bildirib.

Hökumət uçan obyektərin kəşfiyyat təyyarələri olmadığına inandığını bildirib, amma bunun mümkün olma ehtimalını da istisna etmir.

“Onların ötürmə sistemi yox idi,” Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Ağ Evdə müxbirlərə deyib. “Onları manevr etdirmirdilər. Onların müşahidə [qabiliyyəti] yox idi, ancaq biz bunu istisna edə bilməzdik.”

O deyib ki, hər üç obyektin hissələri “ucqar, əlçatması çətin olan yerlərə” – ABŞ-ın şimalqərbi Alaska ştatı yaxınlığında buzlara, Kanadanın şimalqərbində Yukon ərazisinə və ABŞ-Kanada sərhədindəki Huron gölünün dərinliklərinə düşüb.

Müdafiə Naziri Lloyd Austin deyib ki, ABŞ personalı hələ ki, üç obyektin heç bir qalığını tapa bilməyib.

Austin bazar ertəsi bu həftə NATO müdafiə nazirləri ilə görüşmək üçün səfərdə olduğu Brüsseldə müxbirlərə deyib ki, Alaskada hava şəraiti axtarış işlərinə əngəl olur, Kanadada isə ucqar relyef axtarışı çətinləşdirir.

O deyib ki, Pentaqon üçün prioritet “qalıqların tapılmasıdər ki, biz bu obyektlərin nə olduğunu daha yaxşı anlaya bilək.”

Kirbi havada uçan obyektləri şar adlandırmağı rədd edib.

O bildirib ki, səkkiz gün boyunca ABŞ üzərində uçandan sonra fevralın 4-də ABŞ-ın Cənubi Karolina ştatına yaxın Atlantik okean üzərində vurulan Çinə məxsus kəşfiyyatçı uçan şarından fərqli olaraq, “Biz onların kimə aid olduğunu bilmirik.”

Çin şarın yolundan çıxan havanı müşahidə edən uçan aparat olduğunu təkid edir. Ancaq ABŞ rəsmiləri deyir ki, okean yatağından çıxardıqları parçalar şarın kəşfiyyat missiyasında olduğunu göstərir.

ABŞ ordusunun Şimal Komandanlığı bazar ertəsi açıqlamasında deyib ki, axtarış komandası “ərazidən çox sayda parça, o cümlədən müəyyən edilmiş bütün prioritet sensor və elektronika hissələrini, eləcə də strukturun böyük hissələrini” çıxarıb.

Kirbi deyib ki, Prezident Co Bayden istər göstərişləri, istərsə də, Yukona düşən obyektdə olduğu kimi, Kanada baş naziri Castin Trudo ilə məsləhətləşmələri ilə ABŞ-ın döyüş təyyarələrinin vurduğu üç obyektin mənşəyini və kimə məxsus olduğunu müəyyən etməyi “əsas priotet” etdiyini göstərir.

Sözçü deyib ki, üç obyekt mülki aviasiyaya “çox real” təhlükə törətdiyi üçün vurulub. Belə ki, Alaska və Yukon ərazisi üzərində uçan obyektlər Yer üzərində təxminən 12 min, Huron göl üzərindəki obyekt isə 8 min metr yüksəklikdə hərəkət edib.

Kirbi deyib ki, Çinə məxsus uçan şar aşkar edildikdən sonra, ABŞ radarı daha çox obkyekt aşkar etmək üçün yenidən kalibrlənib.

“Daha çox aşkar etməyimizin səbəbi daha çox axtarmağımızdır,” o deyib.

Bundan öncə Kirbi Pekinin bazar ertəsi ABŞ-ın Çin üzərində 10-dan çox şar uçurdu\una dair ittihamlarını qəti şəkildə rədd edib.

Çinin xarici işlər nazirliyinin sözçüsü Vanq Venbin gündəlik mətbuat brifinqində deyib ki, “ABŞ çarlarının başqa ölkələrin hava məkanlarına qanunsuz daxil olması da adi haldır Ötən ildən bəri ABŞ-ın yüksək hündürlükdə uçan hava şarları, Çin rəsmilərinin icazəsi olmadan 10-dan çox dəfə qanunsuz şəkildə Çinin hava məkanında uçublar.”

O bildirib ki, Birləşmiş Ştatlar “böhtan atmadan və qarşıdurma qızışdırmadan əvvəl özünə baxmalıdır və kursunu dəyişməlidir.”

“Doğru deyil. Bunu etmirik. Sadəcə olaraq, tamamilə doğru deyil,” Kirbi ABŞ-ın MSNBC xəbər kanalına deyib. “Biz Çin üzərində hava şarları uçurmuruq.”

XS
SM
MD
LG