Accessibility links

Ukrayna ilə Rusiya arasında son əsir mübadiləsində onlarla əsir azad edilib


22 sentyabr 2022.
22 sentyabr 2022.

Ukrayna və Rusiya yeni məhbus mübadiləsi həyata keçirib. Bu barədə Ukrayna prezidentinin aparat rəhbəri oktyabrın 29-da məlumat verib və məhbus mübadiləsi nəticəsində 52 Ukrayna vətəndaşının sərbəst buraxıldığını bildirib.

Andriy Yermak məhbus mübadiləsi ilə bağlı məlumatı Telegram üzərindən yayıb. O deyib ki, mübadilədə iştirak edən ukraynalılar arasında “zabitlər, həkimlər, çavuşlar və əsgərlər” olub.

Yermak deyib ki, Ukraynaya geri dönən qrupun arasında Azovstal polad zavodunda olan Mariupol hərbi xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri və Ukrayna hərbi mobil xəstəxanasının gənc hərbi cərrahı var.

“Azovstalın müdafiəçiləri, Mariupolun müdafiçiləri və həyat qurtaran insanlar evlərinə qayıdır,” o deyib.

Ukraynanın liman şəhəri Mariupolda yerləşən Azovstal polad zavodu Rusiya qüvvələri may ayında onu ələ keçirərək, yüzlərlə ukraynalını əsir götürmədən öncə həftələr boyu mühasirə altında idi. Onların bəziləri məhbus mübadiləsi nəticəsində sərbəst buraxılıb.

Yerman Ukraynanın hərbi əsirlərlə rəftarın koordinasiyası üzrə baş qərargaha əməklərinə görə təşəkkür edib.

“Hələ görməli olduğumuz çox iş var, amma çox vacib nəticə əldə etmişik.. Biz hər kəsi qaytaracağıq,” Yermak yazıb.

O, Ukraynanın Rusiya tərəfinə kimləri təhvil verdiyinə dair məlumat paylaşmayıb.

Özünü Donetks Xalq Respublikası adlandıran ərazinin administratoru Denis Puşilin Ukrayna ilə məhbus mübadiləsinin aparıldığını və mübadilədə hər iki tərəfdən 50 nəfərin iştirak etdiyini bildirib.

Rusiyanın Müdafiə Nazirliyi həmçinin bildirib ki, 50 əsgər qaytarılıb. Nazirlik əlavə edib ki, onlar “əsirlikdə ölüm təhlükəsi altında olublar.” Nazirliyin bəyanatında bildirilib ki, onlar müalicə və reabilitasiya olunmaq üçün Rusiya ordusu tərəfindən Moskvaya aparılacaq.

Ən son məhbus mübadiləsi oktyabarın 26-da baş tutub. Həmin zaman 10 ukraynalı əsgər əsirlikdən sərbəst buraxılımışdı. Ondan öncə isə Ukrayna oktyabrın 17-də 108 qadının, oktaybrın 13-də 20 ukraynalı əsgərin sərbəst buraxıldığını açıqlayıb.

XS
SM
MD
LG