Accessibility links

İranda onlarla etirazçı ölüm cəzası riski ilə üzləşir


Mexikoda İranın hakim teokratiyasına qarşı etiraz aksiyası
Mexikoda İranın hakim teokratiyasına qarşı etiraz aksiyası

Osloda qərargahlanan İran İnsan Hüquqları Qrupu (IHR) çərşənbə axşamı bildirib ki, İran boyu 100 gündən çox davam edən etiraz aksiyalarında həbs olunan ən azı 100 iranlı ölümlə cəzalandırılacaq ittihamlarla üzləşib.

İranda sentyabrında 16-da 22 yaşlı iranlı kürd Məhsa Əmininin Tehranda ölkənin geyim kodunu pozduğuna görə saxlanılmasından sonra polis nəzarətində ikən ölümünün ardınca etirazlar baş qalıdırb.

İran bu ayın əvvəlində etirazlarla əlaqədar iki nəfəri edam edib. Fəallar bunu ictimaiyyətə qorxu hissi aşılamaq məqsədi daşıdığını bildirir.

IHR çərşənbə axşamı yaydığı hesabatda mümkün edam cəzası ilə üzləşən 100 nəfərin kimliyini açıqlayıb. Onlar arasında azı 11 nəfər artıq ölüm cəzasına məhkum edilib.

Hesabatda bildirilir ki, onların çoxunun hüquqi müdafiəyə çıxışı yoxdur.

"Onlar bəzilərinə ölüm cəzası verməklə və edam etməklə insanların evə getmələrini istəyirlər" , IHR-ın direktoru Mahmud Əmiri-Moqhəddəm deyib.

"Bunun müəyyən təsiri var" , o, AFP-yə deyib, ancaq əlavə edib ki, "ümumiyyətlə müşahidə etdiyimiz şey hakimiyyətə qarşı daha böyük qəzəbdir".

"Onların edamlar vasitəsilə qorxu yaymaq strategiyası iflasa uğrayıb".

IHR çərşənbə axşamı həmçinin inidyədək 476 etirazçının öldürüldüyünü bildirib.

İranın baş təhlükəsizlik qurumu dekabrın əvvəlində təhlükəsizlik zabitləri də daxil olmaqla, 200-dən çox insanın öldürüldüyünü bildirib.

Birləşmiş Millətlər Təşkilatı ötən ay bildirib ki, ölkə boyu ümummilli etirazlar başlayandan bəri ən azı 14 min insan həbs olunub.

23 yaşlı Məcidrza Rəhnavərd dekbarın 12-də Məşhəd məhkəməsi tərəfindən təhlükəsizlik qüvvəsinin iki üzvünü bıçaqla öldürmək ittihamı ilə edam cəzasına məhkum edildikdən iki gün sonra ictimai yerdə bir krandan asılıb.

Ondan dörd gün öncə isə 23 yaşlı Mohsen Şekari də təhlükəsizlik qüvvələrinin bir üzvünü yaraladığına görə edam olunub.

Ədliyyə qurumları bildirib ki, etirazlara görə daha 9 nəfər edam cəzasına məhkum edilib. Onlardan ikisinin yenidən mühakimə olunmasına icazə verilib.

XS
SM
MD
LG