Accessibility links

Aktrisa Drü Berrimor qızını dünyaya gətirməzdən əvvəl onun şərəfinə böyük ziyafət təşkil edib


Drü Berrimor Uill Kopelmendən olan qızını dünyaya gətirməzdən əvvəl onun şərəfinə böyük ziyafətdə əylənib.

Deyilənə görə, bu, uşağın şərəfinə kiçik bir ziyafət olmayıb. UsWeekly şahidlərin hətta aktrisanın Hollivuddakı evinə böyük maşınlarda masalar, stullar və içkilərin gətirildiyini gördüklərini yazır.

38 yaşlı aktrisanın rəfiqələri saat 1 radələrində məclisə axışmağa başlayıb. Qapını ilk döyən qonaqlardan biri üç uşaq anası aktrisa Ris Viterspun olub.

Mərasimə uyğun geyinən Ris özü ilə hədiyyə də gətirib.

Hamilə olduğu ilk dəfə noyabr ayında fotoqrafların diqqətini çəkən Drü Berrimoru təbrik etmək üçün ziyafətdə onun təxminən 50 rəfiqəsi iştirak edib.

Aktrisanın yaxın zamanda körpəsini dünyaya gətirəcəyi gözlənilir.
XS
SM
MD
LG