Accessibility links

“Dreamscape” - Virtual səyahət


“Dreamscape” - Virtual səyahət
please wait

No media source currently available

0:00 0:02:05 0:00

Fikirləşin ki, siz hansısa bir filmə və ya virtual dünyaya daxil olmusunuz və orada baş verənlərə müdaxilə edirsiniz. Bunu Hollivudun möcüzəsi və virtual reallıq texnologiyasını birləşdirməklə etmək mümkündür.

“Dreamscape” şirkəti cəmi 20 dollara ziyarətçiləri multi-sensor səyahətlərinə aparır. Bu texnologiyanın Los-Ancelesdəki yaradıcıları ABŞ-da bu cür virtual reallıq məkanlarının daha çox açılmasını və nəticədə digər ölkələrə də yayılmasını istəyir.

Bu qapıdan içəriyə daxil olan ziyarətçi başqa bir reallığa düşür və başqa bir dünyaya səyahət edir. "Dreamscape"in icraedici direktoru Brüs Van: “Biz “Dreamscape”i bizi zaman və məkanın məlum olmadığı möcüzələr dünyasına səyahətə göndərən bir turist agentliyi kimi görürük.”

Təsəvvür edin, siz başqa bir planetdən olan heyvanlarla dolu heyvanxanaya, və ya xəzinə axtarışına, ya da suyun altında ova çıxmısınız. Ziyarətçi Zak Qrin: “Mən elə bil kim olduğumu unutdum. Bir anlıq elə bil Yer kürəsində idim, əslində okeanın altında idim.”

“Dreamscape” Hollivudun hekayəsini tematik parklarla birləşdirərək buna nail olur. Bütün bunlar virtual reallıq vasitəsilə gerçəkləşdirilir.”

"Dreamscape" idarə heyətinin həmtəsisçisi və sədri Volter Parkes: “Bizim “Dreamscape”də texnologiyamız sizin bütün bədəniniz və bütün hərəkətlərinizi izləməyə imkan verir.”

“Fikrimcə, bu, yəqin ki, bütünlüklə reallıq hissinin verilməsi baxımından əyləncə sahəsinin gələcəyidir. Siz sanki otaqda olduğunu unudursunuz" - deyə, ziyarətçi Robin Makmillan bildirir.

Virtual dünyaya daxil olmazdan əvvəl səyahətçinin bədəninə, hər əlinə və hər ayağına dörd sensor taxılır. Bundan əlavə bel çantası və virtual eynək verilir. Bundan sonra səyahətçi içəriyə daxil olmağa hazırdır. Brus Van: “Siz fiziki və virtual dünya arasındakı xətti silə, oradakı məxluqlara əl vura, yolunuzu işıqlandırmaq üçün əlinizdə məşəl tuta bilərsiniz.”

Amma hər şey bununla bitmir. Otaqda külək, duman və yerin vibrasiyasını hiss etmək üçün hər səyahətçinin çantasında kompyuteri və sensoru olur. 10 dəqiqəlik bu təcrübədə eyni zamanda altı nəfər iştirak edə bilər. Şirkət artıq yeni dünya səyyahları hazırlayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG